Ermənistan MN zabitləri bütün imtiyazlardan məhrum edir

2019/12/pasht-3151762346.jpg
Oxunub: 1272     15:46     09 Dekabr 2019    
Ermənistan parlamentində Müdafiə Nazirliyi “Əmlak vergisi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Qanun layihəsinə görə, məcburi hərbi xidmətdə olan şəxslərin əhatə dairəsi dəqiqləşdirilir. Bu da “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun tələblərinə əsasən, hərbi xidmətə çağırış yolu ilə aparılır. Əmlak vergisi güzəştindən yararlanan diplom təhsilindən sonra müqavilə əsasında hərbi xidmətdə olan şəxslərin əhatə dairəsi dəqiqləşdirlir.

Qanun layihəsindən faydalananlar üçün əmlak vergi güzəştləri hüququnun ləğv edilməsinin əsasları göstərilir.

Qeyd olunur ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən, məcburi hərbi xidmət silahlı qüvvələrdə və digər qoşunlarda çağırış yolu ilə təşkil olunan hərbi xidmət növü hesab edilir.

Məcburi hərbi xidmət müddəti sıravi şəxsi heyət üçün 24 ay, bu qanunun 26-cı maddəsinin 5-ci hissəsində göstərilən şəxslər üçün 3 il, ehtiyatda olan zabitlər üçün 24 ay müəyyən edilir. Məcburi hərbi xidmətini başa vurmayanlar və hərbi təhsil müəssisələrinə qəbul olunanlar üçün - habelə hərbi-tibbi xarakterli təhsil müəssisəsində oxuyanların internatura təcrübə təhsil müddəti də müəyyən edilir.

Eyni maddənin 8-ci bəndinin tələblərinə uyğun olaraq, müqaviləli xidmət keçmə haqqında müqavilələr hərbi təhsil müəssisəsinə daxil olan şəxslərlə həmin hərbi müəssisədə 10 illik təhsil və diplomdan sonrakı təhsil müddətinə bağlanır.

Qanunun tələblərinə görə, ilk müqavilə hərbi təhsil müəssisəsinə qəbul edilən 18 yaşı tamam olmayan şəxs və ya hərbi təhsil müəssisəsində kursant kimi qeydiyyata alınarkən məcburi hərbi xidmətdə olan, yaxud ehtiyatda olan 23 yaşına çatmamış kişi və ya qadın cinsi ilə kursant kimi qeydə alınmaqla eyni zamanda bağlanır.

Məcburi hərbi xidmət və diplomdan sonra müqaviləli hərbi xidmətlə bağlı qanunun yuxarıdakı mətni “Əmlak Vergisi haqqında” qanununun ifadəsindən bir qədər fərqlənir, baxmayaraq ki, qanunun müvafiq müddəaları belə statuslu çağırışçılara şamil olunur.

Nəticədə, iki qanun çərçivəsində eyni faydalananlara dair status (hərbi xidmət növü) baxımından fərqli ifadələr əmlak vergisi güzəştlərinin tətbiqində problem yaradır.

Erməni hərbi ekspert Hraşya Petrosyants layihədə əsas səbəbin əmlak vergisi qanununun hazırda fərqli təriflərə sahib olduğunu təsdiqləyib.

Bu fərq 1 yanvar 2018-ci il tarixdə “Hərbi Xidmət haqqında” qanununun ləğvindən sonra ortaya çıxıb. Həmin qanunda hərbi təhsil müəssisələrini bitirən şəxslər üçün diplomdan sonrakı xidmətin məcburi hərbi xidmət sayıldığı açıq şəkildə göstərilirdi.

“Dəyişikliklər əmlak vergisi tutulan hərbçilərin əhatə dairəsini aydınlaşdırmasını əsas gətirir. Əmlak vergisi haqqında tətbiq olunan qanunun mətni belədir: Məcburi hərbi xidmətdə olan şəxslər öz nəqliyyat vasitələri və əmlakları üçün vergidən azad olunurlar. Layihədə “məcburi hərbi xidmətdə olan hərbi qulluqçular” anlayışının “çağırış yolu ilə məcburi hərbi xidmətdə olan hərbi qulluqçular” anlayışı ilə əvəz edilməsi təklif olunur. Bu o deməkdir ki, diplomdan sonrakı məcburi xidmətdə olanlar artıq bu imtiyazdan istifadə edə bilməzlər, çünki onlar çağırış yolu ilə məcburi xidmətə qəbul edilməyiblər.

Buna görə, Nazirlik tərəfindən təqdim olunan qanun layihəsi hazırda diplomdan sonrakı xidmətdə olan zabitləri son imtiyazlarından məhrum etmək məqsədi daşıyır. Sonuncu imtiyaz - hərbçilərin şəhər daxilində ictimai nəqliyyatda pulsuz istifadə etmək hüququna malik olduğunu bildirən digər imtiyaz yalnız kağız üzərində mövcuddur və əslində bir çox obyektiv və subyektiv səbəblərə görə işləmir. İnanılmaz haldır ki, Müdafiə Nazirliyi zabitlərə müəyyən imtiyazlar verməkdə maraqlı olmaq əvəzinə, onları bütün imtiyazlardan məhrum edir. Niyə həqiqətən sosial vəziyyətin pisləşməsini nəzərdə tutan bir layihənin tərəfdarı olduqlarını bilmək maraqlıdır”, - deyə ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq  

Ermənistan MN zabitləri bütün imtiyazlardan məhrum edir

2019/12/pasht-3151762346.jpg
Oxunub: 1273     15:46     09 Dekabr 2019    