Erməni siyasi xadim: “Ya müharibə, ya da birtərəfli güzəştlər bizi təhdid edir”

2019/03/45645-1552375054.jpg
Oxunub: 648     14:52     09 Dekabr 2019    
“Azərbaycan son dövrdə onun danışıqlar mövqeyini kəskinləşdirən bir neçə addım atdı. O, əvvəlcə gələn ilin müdafiə büdcəsini 22% artırmaq haqqında (2,27 milyard ABŞ dollarına qədər) bəyanat verdi, həmçinin bildirdi ki, bundan təxminən 1 milyardı əsasən Rusiyadan yeni silahların alınması üçün planlaşdırılır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın”Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, danışıqlar ərəfəsində Azərbaycanın Slovakiyadakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini dərc edib və açıq şəkildə qeyd edib ki, danışıqların məqsədi işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılmasıdır, Qarabağ məsələsinin həlli isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağın azərbaycanlı icmasının maraqlarının nəzərə alınması ilə mümkündür.

“Ermənistan Azərbaycanın fəaliyyətlərinə bu günə qədər olduqca orjinal formada cavab verib. Əvvəlcə, Ermənistan hökuməti müdafiə xərcləri artırılmayan 2020-ci ilin büdcə lahiyəsini təqdim etdi. Biz hələ üç dəfə Azərbaycandan geri qalırıq, gələn il isə bu fərq daha da böyüyəcək. 2017-2019-cu illərdə ağır silahların alınması proqramı tezliklə bitəcək, lakin hər hansı yeni plan haqqında söhbət yoxdur.

Xarici İşlər nazirimizin BBC-yə məşhur müsahibəsində Ermənistanın Qarabağ müharibəsində hərbi cinayətkarlıqlar həyata keçirdiyini demək olar qəbul etdi. Mehriban Əliyeva ilə Qarabağda muğama qulaq asmaqla bağlı son dəvəti Baş nazirin həyat yoldaşı Anna Hakobyanın “sülhsevər” fəaliyyətinin pik nöqtəsidir. Bütün bunları yekunlaşdırsaq, başa düşərik ki, biz olduqca əlverişsiz vəziyyətdəyik. Azərbaycan hakimiyyəti bunu aydın başa düşür”, - deyə Çalabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Erməni siyasi xadim: “Ya müharibə, ya da birtərəfli güzəştlər bizi təhdid edir”

2019/03/45645-1552375054.jpg
Oxunub: 649     14:52     09 Dekabr 2019    