Döyülən erməni polkovnik-leytenantın vəziyyəti ağır olaraq qalır

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 852     14:47     09 Dekabr 2019    
Təxminən 3 ay əvvəl Ermənistanın Yeğeqnadzor şəhərində amansız döyülən polkovnik-leytenant Ara Mxitaryanın vəziyyətində dəyişiklik yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə pokovnik-leytenantın qardaşı Karen Mxitaryan məlumat verib.

O qeyd edib ki, həkimlər bu vəziyyətin 6 aya qədər uzana biləcəyini söyləyiblər.

“Yalnız gözünü refleksli şəkildə tərpədir, lakin huşu özündə deyil”,- deyə Mxitaryan bildirib.

Polkovnik-leytenantın qardaşı bildirib ki, erməni zabitin ailəsinə Ermənistan Müdafiə Nazirliyi tərəfindən heç bir yardım edilmir.

“Biz də hər gün Gümrüdən İrəvana gedirik, qardaşımla görüşürük və geri qayıdırıq”, - deyə o qeyd edib.

Karenin sözlərinə görə, iş üzrə hər hansı digər məlumat yoxdur, ilkin istintaq davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Döyülmə  

Döyülən erməni polkovnik-leytenantın vəziyyəti ağır olaraq qalır

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 853     14:47     09 Dekabr 2019    