FTB və Trampın təhlükəsizlik üzrə müşaviri hərbi bazaya hücumu terror aktı kimi qiymətləndirir

2019/03/5bf6f-1551521806.jpg
Oxunub: 1131     11:06     09 Dekabr 2019    
ABŞ Federal Təhqiqatlar Bürosu səudiyyəli zabitin hərbi aviabazada törətdiyi silahlı insidenti terror aktı kimi qiymətləndirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə FTB-nin xüsusi agenti Reyçel Rohas bildirib.

“Biz bu hadisənin terror aktı olması ehtimalı üzərində işləyirik”, - deyə Rohas yerli telekanalların iştirakı ilə mətbuat konfransında bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen isə bildirib ki, Floridada hərbi dəniz bazasında baş vermiş atışma terror aktıdır.

"Mən elə gəlir ki, bu, terror aktı idi. Araşdırmanı qabaqlamaq istəmirəm, amma görünür ki, kimsə radikallığa köklənmişdi", - deyə o bildirib.

O'Brayenin sözlərinə görə, hücum edən şəxsin hər hansı təşkilatlarla əlaqəsinin olub-olmaması və ya tək hərəkət edib-etməməsi anlaşılmır, ancaq ona məlumdur ki, hadisə terror aktına oxşardır.

Dekabrın 6-da ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində bir neçə nəfər ölüb, daha on bir nəfər yaralanıb. Hadisə Floridanın Eskambia dairəsində yerləşən Pensakola dəniz hava hərbi bazasında qeydə alınıb.

Hadisəni törədən şəxs öldürülüb, yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dekabrın 6-da Florida ştatındakı hərbi bazada atışma zamanı, silahlı cinayətkar da daxil olmaqla, dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb. Hücum edən şəxsin Səudiyyə Ərəbistanındakı hərbi bazaların birində təlim keçmiş Məhəmməd Səid əl-Şamrani adlı zabit olduğu bildirilir. ABŞ rəsmiləri baş vermiş insidenti araşdırır. Hücumun terrorla əlaqəli olub-olmadığı hələlik tam məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

FTB və Trampın təhlükəsizlik üzrə müşaviri hərbi bazaya hücumu terror aktı kimi qiymətləndirir

2019/03/5bf6f-1551521806.jpg
Oxunub: 1132     11:06     09 Dekabr 2019    