"Rusiya NATO-ya nə düşməndir, nə də rəqib" - Stoltenberq

2018/11/45747-1541063240.jpg
Oxunub: 706     10:29     09 Dekabr 2019    
"Şimal Atlantika Alyansı rəsmi Moskvanı düşmən və ya rəqib hesab etmir".

Ordu.az xəbər verir ki, belə iddia ilə alyansın baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində çıxış edib.

Rusiya Federasiyasının NATO-nun düşməni olub-olmaması barədə suala Stoltenberq belə cavab verib: "Biz rəqiblərin siyahılarını təşkil etmirik. Hesab etmirik ki, Rusiya bizim düşmənimizdir. Dünyanı rəqiblərə və dostlara bölmürük".

Baş katibin sözlərinə görə, NATO hər zaman Rusiya ilə münasibətləri düzəltməyə çalışır: “Rusiya – bir vaxtlar Soyuq Müharibə illərində gördüyümüz Sovet İttifaqının eynisi deyil”.

Eyni zamanda, baş katib Rusiyanın daha özünə əmin şəkildə hərəkət etdiyini, qonşu dövlət olan Ukraynaya qarşı hərbi güc tətbiq etdiyini də xatırladıb.

Qeyd edək ki, NATO-nun baş katibi bir neçə gün əvvəl Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib. O bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Rusiya  

"Rusiya NATO-ya nə düşməndir, nə də rəqib" - Stoltenberq

2018/11/45747-1541063240.jpg
Oxunub: 707     10:29     09 Dekabr 2019    