Ağ Ev Trampla Lavrovun görüşünün təşkilinə hazırlaşır

2019/12/downl-1575867667.jpg
Oxunub: 512     09:05     09 Dekabr 2019    
Ağ Ev ABŞ prezidenti Donald Trampla Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşünün təşkilinə hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayen məlumat verib.

O qeyd edib kl, müzakirə olunacaq mövzular arasında silahlara nəzarət də var.

“Baxarıq, görərik. Ancaq düşünürəm ki, bunun baş verməsi ehtimalı böyükdür. Biz bunun üzərində çalışırıq”, - deyə O’Brayen bildirib.

Trampla Lavrovun görüşünün əsas məqsədi barədə sualın cavabına gəlincə, O’Brayen qeyd edib ki, söhbət qarşılıqlı münasibətlər prinsipindən gedir.

"Dövlət katibi Pompeo Rusiyaya səfər edəndə də Vladimir Putin onunla görüşmüşdü. Çinlilər, ruslar və digərləri ilə münasibətdə bəhs etdiyimiz prinsiplərdən biri də qarşılıqlılıq prinsipidir”, - deyə o qeyd edib.

S.Lavrovun Vaşinqtona səfəri barədə hələlik rəsmi açıqlama verilməyib, ancaq Moskva tərəfi bu məsələ üzərində işlərin getdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ  

Ağ Ev Trampla Lavrovun görüşünün təşkilinə hazırlaşır

2019/12/downl-1575867667.jpg
Oxunub: 513     09:05     09 Dekabr 2019    