Azərbaycan xalqı ilə “Paşinyan danışıqları” necə və harada baş tutacaq?

2019/12/paşi-1575713289.jpg
Oxunub: 1191     12:27     09 Dekabr 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Qarabağ məsələsinin həlli Azərbaycan, Ermənistan, Qarabağ (qondarma qurum-red.) əhalisi üçün məqbul olmalıdır və Azərbaycan xalqı ilə danışıqlar aparmağa hazırdır.

Erməni jurnalistlər “Təsadüfən Azərbaycan xalqı ilə bu danışıqların necə, hansı formatda və harada baş tutacağını bilmirsiniz?”, deyə Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyana müraciət edib.

“Sakit, özünəinamlı - qalib mövqelərindən baş tutacaq”, - deyə Simonyan cavab verib.

Bu “özünəinamlı” danışıqların harada baş tutacağı ilə bağlı verilən suala Simonyan bildirib ki, Paşinyanın uyğun hesab etdiyi bütün mümkün yerlərdə baş tutacaq.

Jurnalsitlər eyni sualı Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının üzvü Heriknaz Tiqranyana da verib.

“Mən birmənalı olaraq Baş nazirin baxışlarını bölüşürəm, bəli, Azərbaycan xalqının baxışını da nəzərə almaq lazımdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təxribat   Qarabağ  

Azərbaycan xalqı ilə “Paşinyan danışıqları” necə və harada baş tutacaq?

2019/12/paşi-1575713289.jpg
Oxunub: 1192     12:27     09 Dekabr 2019    