Sarkisyana qarşı hansı yeni ittiham irəli sürüləcək?

2019/12/00-28-1575713163.jpg
Oxunub: 698     12:38     09 Dekabr 2019    
Yaxın zamanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı irəli sürülmüş ittiham həcmi yeni müddəa ilə genişlənə bilər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, iş adamı Levon Markos işi üzrə olacaq.

Təxminən bir ildir ki, “İrəvan Kredit” bank ASC “Lev Marsed” MMC-nin xüsusilə böyük dəyərdə səhmlərinin fırıldaqçılıqla oğurlanması işi üzrə cinayət işi açılıb, lakin hələki kiməsə qarşı ittiham irəli sürülməyib.

Hazırda bu iş üzrə Ermənistan Xüsusi İstintaq Xidmətində aktiv istintaq aparılır və Serj Sarkisyanın müttəhim kimi cəlb olunacağı istisna olunmur.

Qeyd olunur ki, cinayət işi çərçivəsində bu il iyunun 6-da artıq Sarkisyan və Markos üz-üzə gəlib. Üzləşmə 4,5 saat davam edib. Markos bu iş üzrə zərərçəkəndir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Cinayət  

Sarkisyana qarşı hansı yeni ittiham irəli sürüləcək?

2019/12/00-28-1575713163.jpg
Oxunub: 699     12:38     09 Dekabr 2019    