Ermənistan XİN niyə yanıldıcı açıqlama verib?

2019/12/768-1575712934.jpg
Oxunub: 804     11:21     09 Dekabr 2019    
2018-ci ildə Paşinyan ictimai eyforiyanın ömrünü uzatmaq üçün böyük bir populizmə ehtiyac duyduğunda Respublika Meydanını xalq hakimiyyətinin ali orqanı elan etdi. Paşinyan istənilən bir siyasi-iqtisadi məsələnin meydanda həll ediləcəyini vəd edirdi. O, bunu İrəvan meriyasına və parlamentə keçiriləcək seçkilərədək belə deyirdi. Seçkilər keçdi, küçələr öz işlərini gördülər və indi meydanda onların fikirlərini soruşmağa ehtiyac yoxdur. Yəni, Mavr öz işini gördü, Mavr gedə bilər...

İndi yeni, Paşinyan hakimiyyətinin gizlilikdə Qarabağ məsələsini müzakirə etməsi gözlənilməz deyil.

Dekabrın 4-də Bratislavada ATƏT-in 26-cı Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin vasitəçiliyi və iştirakı ilə görüş keçirildi.

Rəsmi mənbələrə görə, görüş 3 sat yarımdan çox davam edib. Görüşdən təqribən bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı rəsmi açıqlama yaydı. Bundan əvvəl erməni hökumətinin təbliğat maşını heç bir danışıq aparılmadığına əmin edirdi. Görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyi təəccüblü dərəcədə çətin qarışıq bir bəyanat verərək, görüşün məzmunu haqqında demək olar ki, heç nə demədi.

Ermənistan tərəfi danışıqların aparılmadığına əmin etməyə çalışdığı bir məqamda, ATƏT-in Minsk qrupu bunun əksini sübut edən bir bəyanat verdi.

“Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin, 2020-ci ilin əvvəlində həmsədrlərin himayəsi altında yenidən görüşmək niyyətini alqışlayırıq. Bu, sülh yolu ilə nizamlanmanın əsas məsələlərinə dair danışıqları fəallaşdırmaq və gələcək danışıqların ən yüksək səviyyədə aparılmasına dəstək verməkdir”, - deyə Minsk qrupunun rəsmi bəyanatında deyilir.

Danışıqlar faktını Azərbaycan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Bu görüşdən sonra Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in 26-cı Nazirlər Konfrasında bir nitq söyləyib. Nazir Ermənistanın yeddi bənd çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsas məsələlərinə dair mövqeyini təqdim edib. Ermənistan XİN-in rəsmi saytında dərc edilmiş mətnin erməni variantının 5-ci maddəsində Qarabağın özünü və xalqını müdafiə etmək üçün tam gücü olduğu bildirilib.

Ermənistan Qarabağın təhlükəsizliyinin yeganə qarantı olaraq qalır. Sonra məlum oldu ki, erməni nazir ingilis dilində olan nitqində belə bir söz deməyib. Az sonra XİN-in rəsmi saytındakı erməni versiyasının bir hissəsini, yəni nazirin nitqində əks olunmayan qismi çıxarıldı. Göründüyü kimi, Paşinyan hakimiyyəti beynəlxalq platformalarda heç vaxt söyləməyə cəsarət etmədiklərini erməni variantında alovlu sözlərlə ifadə etməyə cəhd edib və nəticədə bunu çıxarmağa məcbur olublar.

Danışıqlar barədə məlumatın olmaması, Paşinyan hakimiyyətinin aldadıcı təbliğatı ermənilər arasında sözsüz ki, narahatlıq yaradıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   XİN  

Ermənistan XİN niyə yanıldıcı açıqlama verib?

2019/12/768-1575712934.jpg
Oxunub: 805     11:21     09 Dekabr 2019    