Azərbaycanın nə istədiyi aydındır - Bəs Ermənistanın?

2019/12/768-1575712641.jpg
Oxunub: 958     10:14     09 Dekabr 2019    
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Bu mövqe sonuncu dəfə Xarici İşlər nazirlərinin son görüşündən əvvəl açıqlanıb.

Azərbaycanın tələbləri aşağıdakılardır:

a) Ermənistan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və ətraf ərazilərini tərk etməsi;

b) Azərbaycanlı qaçqınların Qarabağa qayıtması;

c) Bundan sonra Qarabağın azərbaycanlı və erməni icması tərəfindən Qarabağın statusunun təyin edilməsi.

Tələblərin sonunda Azərbaycan digər variantlarla razılaşmadığını olduqca qəti bir şəkildə əlavə edib.

Artıq neçənci gündür ki, erməni KİV-ləri və rəsmiləri bu bəyanata kəskin reaksiya verməklə yanaşı, müharibə ilə bağlı qorxularını dilə gətirməyə məcbur olur və məsələni müxtəlif istiqamətlərdən təhlil etməyə çalışırlar. Məsələn, erməni KİV-lərindən biri yazır:

“Bəllidir ki, Ermənistanda və ya dünyanın heç bir ölkəsində belə bir həll yoluna razılıq verən hər hansı bir erməni yoxdur. Lakin bu da bir həqiqətdir ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşüb və bəzi məsələləri müzakirə ediblər.

Bununla da iki çox təbii sual ortaya çıxır:

1) Bir tərəfin mövqeyi aydın və bu şəkildə qətidirsə, nə ətrafında danışıqlar aparılır?
2) Ermənistan tərəfi bu sərt mövqeyə qarşı hansı əks arqumentləri qoyur?

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, “atəşkəs rejimi, etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi” haqqında, həmçinin “xalqları sülhün bərqərar edilməsinə hazırlamaqda əldə edilən təvazökar nəticə” kimi nəzərdən keçirilib.

Amma Ermənistan cəmiyyətində hər hansı bir layihənin müzakirə edildiyi, Azərbaycanın yuxarıda göstərilən tələblərinə cavab verəcək konkret mövqe yoxdur.

Bunun əksini inandırmaq üçün, yəqin ki, eyni dərəcədə Ermənistan tərəfinin də danışıqlardakı mövqeyini əks etdirən açıqlamalarını bilməliyik.

Ermənistan Xarici İşlər Nazirinin Bratislavada 26-cı ATƏT Nazirlər Konfransı çərçivəsində, Qarabağda yaşayan əhalinin “öz müqəddəratını təyin etmə və təhlükəsizlik” hüququnu vurğulayan çıxışı, bu baxımdan kifayət deyil. Azərbaycan dəqiq bir plan açıqlayır, Ermənistan isə yalnız şərtləri irəli sürür”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Azərbaycanın nə istədiyi aydındır - Bəs Ermənistanın?

2019/12/768-1575712641.jpg
Oxunub: 959     10:14     09 Dekabr 2019    