Xəzər regionunun ən böyük İT sərgisi nələrlə yadda qaldı? – HƏRBİ EKSPERT

2019/12/78629-1575707776.jpg
Oxunub: 1873     16:14     07 Dekabr 2019    
Bu gün, dekabrın 3-dən 6-na qədər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi başa çatdı. “Bakutel 2019” sərgisinin 25 illik yubileyinə həsr edilən tədbir həm həcminə, həm də iştirakçıların zəngin tərkibinə görə əvvəlkilərdən fərqləndi.

Bu dəfə də dünyanın bir çox kosmik, robot, təhlükəsizlik, telekommunikasiya və s. kimi sahələrin aparıcı oyunçuları hesab edilən şirkət və kompaniyaları, o cümlədən yerli istehsalçılar müxtəlif təyinatlı məhsul və xidmətlərini nümayiş etdirmək üçün ideal platforma olan “Bakutel” sərgisi çərçivəsində bir araya gəldilər. Sərgi Xəzər regionunda ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin birbaşa işüzar kontaktların qurulması üçün unikal platfoma kimi yadda qaldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ziyarət etdiyi sərgidə yüksək rütbəli xarici qonaqlar da iştirak etdi. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Belarusun Rabitə və İnformasiya naziri Konstantin Şulqan, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao və digərləri də sərginin qonaqları arasında idi.

Dünyanın 23 ölkəsindən 238 şirkətin iştirak etdiyi yubiley sərgisində Azərbaycan ilə yanaşı ABŞ, Türkiyə, Belarus, İsrail, Çin, Finlandiya, İsveçrə, Ukrayna və bir sıra digər ölkələrin şirkət və kompaniyaları da yer aldı. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə İran 16, Xorvatiya 6, Belarus 6, ABŞ 4, İtaliya 4, İsrail 3, Sloveniya və Türkiyə 3, Fransa isə 2 şirkətlə milli pavilyonlarda təmsil olundular.

Sərgi komponentləri və yeni texnologiyalar ziyarətçilərə aparıcı İKT şirkətlərin, mobil operatorların, internet provayderlərin, tanınan brendlərin distribyutorları və gənc layihəçilər tərəfindən təqdim edildi. Sərgidə “Ericsson”, “Elcore”, “Nokia”, CISCO, “Huawei”, “Microsoft” kimi nəhəng xarici şirkətlərlə yanaşı, eləcə “Idrak Technology Transfer”, “Smart Systems Technology”, “Azercell”, “Bestcomp Group” kimi yerli şirkətlər də iştirak etdi. “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini təqdim etdilər. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil etdi.

Sərgidə PUA-lar, dronlar, kibertəhlükəsizlik texnologiyaları, nanotexnologiyalar, “bulud” texnologiyaları, IoT, peyk texnologiyaları, proqram təminatı, mobil və peyk rabitəsi kimi xidmətlər xüsusi marağa səbəb oldu.

Konfrans və tədbirlərdə “Kiber hazırlıq”, “Süni Zəka”, “Genişzolaqlı rabitə”, “Əşyaların İnterneti”, “İKT yönlü startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsal” və s. kimi mövzular müzakirə edildi.

Bakı Ekspo Mərkəzinin foyesində təşkil edilən Roboparkda hərbi kəşfiyyatçı “Spider”, insanların emosiyalarına cavab verən Fransanin “Pepper”, İtaliyanın pianoçu “Teotronico”, “Arm Kuka” əsasında hazırlanan almaniyalı “rəssam”, 6 metrlik astronavt və balıq robotlar nümayiş etdirildi. Azərbaycanlı tələbə və şagirdlərin təqdim etdikləri çoxsaylı texnoloji avadanlıqlar, mini robotlar və dronlar, bu sahəyə gənclər tərəfindən marağın kifayət qədər artmasının göstəricisidir.

Təbii ki, sərgidə təqdim edilən məhsulların birbaşa hərbi təyinatlı məhsullar olmasını və bu məhsulların sərgidə üstünlük təşkil edəcəyini gözləmək doğru olmazdı. Lakin sərgidə ikili təyinatlı məhsullar, məsələn pilotsuz vasitələr, dronlar, informasiya və kibertəhlükəsizlik texnologiyaları, rabitə və şəbəkə avadanlıqları kifayət qədər geniş çeşiddə təqdim edildi. Diqqətimizi cəlb edən və hərbi tətbiqi mümkün olan bəzi məhsullar barədə düşüncələrimizin oxucular üçün maraqlı ola biləcəyi fikri ilə, həmin vasitə və avadanlıqlar barədə Sizə də məlumat verməyi özümüzə borc bildik.

Azərbaycanın “İdrak Technology Transfer” şirkəti sərgidə hərbi və çoxtəyinatlı məhsullarla ən geniş təmsil olunan şirkət kimi yadda qaldı. Şirkətin təqdim etdiyi yeni texnologiyalara əsaslanan məhsulları ziyarətçilərin daha çox diqqətini çəlb etdi. 3 fərqli versiyada pilotsuz uçan vasitə təqdim edən şirkətin pavilyonunda yalnız “Mühərrikli planner”elektrikli mühərrikə malik deyildi. 4.6 litr həcmli yanacaqla çalışan mühərrikə malik plannerin kreyser sürəti 68 km/saat, maksimum sürəti 160 km/saat-dır. 100 km məsafədən telemetrik məlumatlar ötürən plannerin uçuş məsafəsi 1000 km-ə qədərdir.

Təqdim edilən dron modelləri elektriklə çalışır, lakin onlar həcm və kütlə baxımından fərqli siniflərə aiddir. Şirkətin istehsal etdiyi böyük ölçülü dron insan həyatı üçün təhlükəli olan ərazilərdə istifadə üçün nəzərdə tutulur. Ondan səxsi heyətin və yüklərin, o cümlədən tibbi ləvazimatların daşınmasında və axtarış-xilasetmə əməliyyatlarında istifadə edilməsi mümkündür. 8 ədəd mühərrikə malik dron batareyalarla qidalanır. Onun avadanlıqlarına idarəetmə prosessoru, GPS, qiroskop, barometr, akselometr və s. daxildir.

Şirkətin digər bir məhsulu orta ölçülü dron 6 ədəd elektrik mühərrikinə malikdir. Kiçik ölçülü dron adlandırılan və klassik kvadrokopter xüsusiyyətlərinə malik vasitə 4 ədəd elektrik mühərrikinə malikdir. Hər iki dron ərazilərin müşahidəsi və xisasetmə işlərində istifadə edilə bilər. Son iki dronların avadanlıqlarla təchizatı, birincidən çox da fərqlənmir.

“İdrak Technology Transfer” şirkətinin digər maraqlı bir məhsulu avtomobil və dəmir yolu ilə hərəkət edə bilən, elektrik mühərrikli nəqliyyat vasitəsidir. Özündə Süni Zəkanın, robot texnologiyasının və nəqliyyat vasitəsinin ən üstün imkanlarını birləşdirən layihənin idarəetməsi naviqasiya sistemi vasitəsilə həyata keçiriləcək. Avtopilot rejimi kamera, sensor və radiolokasiya sistemləri ilə təmin edilir. Nəqliyyat vasitəsi avtomobil yollarında sürücü tərəfindən, dəmir yolunda isə insanın iştirakı olmadan həyata keçirilir.

Şirkətin təqdim etdiyi iki səhifəli planşetlər, ağıllı kameralar, universal qurğular sırf hərbi təyinat məqsədi daşımasa da, məhdud istiqamətlərdə istifadə edilə bilər. Daimi yaşayış məntəqələrində yerləşən hərbi hissə və birliklərin ərazisinə nəzarət-buraxılış rejiminin tətbiqində, hərbi təhsil müəssisələrinin müəllim və kursant heyətinin təminatında bu vasitələrin davamlılıq standartlarına uyğunlaşdırılması şərtilə tətbiqi mümkündür.

“Azərbaycan Hava Yolları” şirkətinin təqdim etdiyi “Aran-03” kvadrokopteri yüksək hündürlükdə ölçmələr aparılması üçün hazırlanıb, lakin ondan hərbi məqsədlə kəşfiyyat aparılmasında, patrul xidmətinin təşkilində, qəza-xilasetmə və axtarış əməliyyatlarında, təhlükəli və radioaktiv madələrlə çirklənən ərazilərə nəzarətdə, ərazidə toksik maddələrin miqdarının təyin edilməsində, aerofotovideo çəkilişlərində və qorunan obyektlərə nəzarət edilməsində istifadə mümkündür. 20 km/saat maksimum üçuş sürətinə malik aparat 20 dəqiqə ərzində 1000 metrə qədər yüksəkliyə qalxaraq 1 kq faydalı yüklə havada qala bilir.

10 km/saat küləkdə sabitliyini tam qoruyan aparatın hündürlüyü ölçmədə xətası 1.5 metrə bərabərdir, ümumi xətası isə 2 metrdən çox deyil. Videosiqnalın ötürülmə radiusu 1 km-ə bərabərdir. GPS, INS və GLONASS şəbəkələri ilə çalışa bilir. Radioqəbuledicinin tezliyi 2.4 GHs, ötürücü kanalların sayı isə 12 ədədddir. Qalxma və enmə sürəti müvafiq olaraq 4.5 və 6 metr/saniyədir.

“Hədəf liseyi”nin şagirdləri tərəfindən hazırlanan çoxsaylı elektron avadanlıqlar arasında kvadrokopterlərin, robotların, suda üzə bilən avtonom pilotsuz katerlərin, mühəndis texnikalarının kiçik maketləri ən çox marağa səbəb olan komponentlərdən idi.

Xarici şirkətlərin təqdim etdiyi məhsullar arasında bəziləri hərbi məqsədlər üçün istifadə edilə bilər. Onların arasında Çinin “Hytera” şirkətinin rabitə avadanlıqları da mövcud idi. Bu şirkətin məhsulları onun Azərbaycandakı rəsmi distribütoru olan MAS (Mühafizə Analitika Sistemləri) şirkəti tərəfindən təqdim edildi. Müxtəlif əhatə diapazonuna malik hibrid radiostansiyaları həm darzolaqlı, həm genişzolaqlı, həm əlçatan ümümi və ya xüsusi şəbəkələrlə fəaliyyət göstərə bilir. Beynəlxalq nəmlik və sərtlik standartlarına uyğun olan “Hytera” davamlı və etibarlı interaktiv dizayna, səsin yüksək və təmiz səslənməsini təmin edən mikrofon və dinamiklərə malikdir.

Belarusun “İnformasiya Texniki Təhlükəsizliyi Elmi-Tədqiqat İnsitutu” unitar istehsalat müəssisəsi hərbi məqsədlər üçün mühüm əhəmiyyət daşıyan məlumatların şifrələnməsinin proqram təminatına aid avadanlıq dəstlərini, o cümlədən informasiya sızmasını önləyən “Rokol” qurğusunu, akustik “Ptiç” generatorunu, “Pritok-U” İP şirfələmə cihazını və s. təqdim etdi.

Rusiyanın Kompüter Texnologiyalarının Beynəlxalq Təhlükəsizliyi üzrə Analitik Mərkəzinin çoxməqsədli təlim stimulyatorları da həm hərbi, həm də mülki sahələrdə uğurla tətbiq edilə bilər.

Sərgidə, “Thales” və “Leonardo” kimi müdafiə sənaye şirkətləri isə hərbi təyinatlı məhsullara deyil, daha çox rabitə və şəbəkə avadanlıqlarına üstünlük vermişdilər.

İranın 16 şirkət vasitəsilə ən geniş tərkibdə sərgidə təmsil olunması da diqqətimizdən yayınmadı. Həmçinin bu dəfə İran şirkətlərinin nümayəndələri öz məhsulları barədə daha ətraflı məlumat verməkdə tərəddüd etmirdilər.

Bir sözlə, Xəzər regionunun ən böyük İT sərgisi istehsalçı şirkətlərin və potensial müştərilərin birbaşa işgüzar kontaktlarının qurulması üçün yaradılan unikal imkan kimi yaddaşlara yazıldı. Cəmiyyətin ən azyaşlı təbəqələrindən tutmuş yaşlı nəsilə qədər İT sahəsinə marağı, bu şahədə fəaliyyət göstərən həm şirkətlərin, həm də onların istehsal etdiyi məhsulların çeşidlərinin artması, bu sahənin nə qədər vacib əhəmiyyət daşıdığını göstərir. Atılan addımlar, təbii ki, müsbət və pozitiv dəyərləndirilir, lakin bu kifayət edə bilməz. Bu sahəyə daha çox sayda özəl şirkətlərin cəlb edilməsi, aparıcı xarici şirkətlərlə birgə müəssisələrin yaradılması və İT bazarında mövcud olan potensial məhsulların rəqabətqabiliyyətli nümunələrinin yaradılması prioritet kimi qəbul edilməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bakutel-2019   Sərgi   İT  

Xəzər regionunun ən böyük İT sərgisi nələrlə yadda qaldı? – HƏRBİ EKSPERT

2019/12/78629-1575707776.jpg
Oxunub: 1874     16:14     07 Dekabr 2019    