ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər

2019/12/USA-D-1575693950.jpg
Oxunub: 746     11:21     07 Dekabr 2019    
ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin yaxın şərq məsələləri üzrə köməkçisi David Şenker keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, buna səbəb ölkədə davam edən etiraz aksiyaları fonunda insan haqlarının pozulmasıdır.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İraqda fəaliyyət göstərən və dinc etirazçılara atəş açan, onlarla günahsız dinc etirazçının ölümünə səbəb olan, üç ordu rəhbərinin adını sanksiya siyahısına daxil edib”, - deyə Şenker qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar siyahısına daxil edilən hərbçilər İranla əlaqəlidir.

“Biz hökumətdə olmasından asılı olmayaraq, insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. İnsan hüquqlarını pozsanız və etirazlara şiddətlə cavab verərsinizsə, sizə qarşı sanksiyalar tətbiq edəcəyik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İraq   Sanksiya  

ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər

2019/12/USA-D-1575693950.jpg
Oxunub: 747     11:21     07 Dekabr 2019    