Danışıqlar prosesində nə baş verir?

2019/12/maxre-1575627544.jpg
Oxunub: 1974     14:56     06 Dekabr 2019    
Son günlər Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında intensiv hadisələr baş verir.

Bratislavada iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla mətbuat konfransı keçirdi. Görüşdən sonra Xarici İşlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin beş tərəfli bəyanatının imzalanacağına ümid etdiyini bildirdi və qarşılıqlı güzəştlərin mümkünlüyü haqqında danışdılar.

Dünən mətbuatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, özündə düzgün həlləri ehtiva edən bəyanat yayıldı. Bəyanatda deyilir ki, ilk addım işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərindən erməni silahlı qüvvələrinin tamamilə və qeyrd-şərtsiz çıxarılması olmalıdır. Bunun ardınca bütün təhlükəsizlik tədbirləri təmin edilməklə məcburi köçkünlər geri qaytarılmalıdır. Həmçinin bölgədə kommunikasiyaların açılmalı olduğu vurğulanır. Bəyanatda həmçinin o da vurğulanır ki, növbəti mərhələdə Azərbaycan Dağlıq Qarabağın statusunu Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq Azərbaycan tərkibində görür.

Belə bir status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin etməli, insan hüquq və azadlıqlarının bərabər və ayrıseçkiliksiz əsasda tam reallaşdırmasına zəmanət verməlidir.

“Statusun aydınlaşdırılması, dinc şəraitdə, qanuni proses çərçivəsində Azərbaycanın Qarabağ bölgəsi əhalisinin iştirakı ilə yəni erməni və azərbaycanlı icmalarının Azərbaycan hökumətinin müstəsna qanuni və demokratik prosesi ilə qarşılıqlı əlaqəsi yoluyla aparılmalıdır”, - deyə bəyanatda qeyd olunur.

Dünən Ermənistan parlamentindəki hökumətin sual-cavab iclasında Paşinyan deputat Arman Babacanyanın bu bəyannamə ilə bağlı sualına cavab verməkdən yayınıb. “Rəsmi İrəvan bu sənəd yayımlandıqdan sonra onun əhatə dairəsini düzəltməsini istərdimi?”, deyə bildirilən iradlara cavab olaraq, Paşinyan deyib ki, Qarabağ məsələsi bəzən hər cümlədə “səslənmə qabiliyyətinin yüksək olduğu” bir məsələdir.

Bu hadisələrin inkişafı fonunda Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən Xüsusi İstintaq Xidməti bəyanat yayaraq, Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı ittiham irəli sürüldüyünü açıqlayıb.

İttihama əsasən, Sarkisyan 2008-ci ilin 9 aprel tarixindən 2018-ci ilin 9 aprel tarixinədək Ermənistan prezident vəzifəsində olarkən öz səlahiyyət mövqeyindən istifadə edərək, 2013-cü ilin 25 yanvar tarixindən həmin ilin 7 fevral tarixinədək bir qrup vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitini 489.160.310 dram məbləği mənimsənilməsini təşkil edib. İqtidarda olan hakim partiyanın bir nömrəli monitorinq zonası hesab edilən sosial şəbəkədə istintaq xidmətinin bu bəyanatı heç bir şoka səbəb olmadı. Sabiq yüksək vəzifəli şəxslərə qarşı bu cür addımlar atıldıqda ənənəvi olan hay-küy qaldırılmadı. Xeyli zamandır ki, Sarkisyana qarşı cinayət işinin açılması Paşinyan hakimiyyətinin son və vacib əhəmiyyətli oyun kartının olacağına dair fikirlər səsləndirilir. Maraqlıdır ki, bu Qarabağ məsələsi ilə bağlı konkret tələbləri özündə əks etdirən bəyanatdan sonra baş verib.

Xatırladaq ki, dünən Ermənistan Respublikaçılar partiyasınnı ali orqanı Sarkisyana qarşı ittiham irəli sürülməsi ilə bağlı bəyanatla çıxış edərək, bunu siyasi təqiblərin ifrat təzahürü kimi dəyərləndirib.

“Bu prosesin məqsədi Ermənistan və Qarabağ (işğal altında olan-red.) üçün təhdidlər fonunda, o cümlədən danışıqlar prosesindəki son hadisələr kontekstində siyasi rəqibləri susdurmaqdır. Hakimiyyət belə amansız addımları ilə erməni xalqının diqqətini ölkədə hər gün daha da gərginləşən bir çox problemlərdən yayındırmağı hədəfləyir. Qondarma “antikorrupsiya mübarizəsi” çərçivəsində milli məsələlərə dair bu ibtidai tövsiyələr məhvə məhkumdur, çünki həm Respublikaçıların, həm də digər siyasi qüvvələrin və ictimaiyyətin sarsılmaz müqavimətinə rast gələcək. Bu proses üçün bütün məsuliyyət Ermənistanda hakimiyyəti ələ keçirmiş populist və avtoritar rejimin üzərinə düşür. Respublika Partiyası bu məsələni və onun ətrafında baş verən hadisələri müvafiq beynəlxalq platformalarda və formatlarda da qaldıracaq”, - deyə Respublikaşılar partiyasının bəyanatında qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Danışıqlar prosesində nə baş verir?

2019/12/maxre-1575627544.jpg
Oxunub: 1975     14:56     06 Dekabr 2019    