Cəbhə zonasında yeni yaradılan mühəndis şəhərciyi, hazırlığı və təminatı - ANALİZ (HƏRBİ EKSPERT)

2019/12/31ad2-4726859925.jpg
Oxunub: 3919     12:24     06 Dekabr 2019    
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının cəbhə zonasında yeni mühəndis şəhərciyi inşa edilib. Müdafiə Nazirliyinin rəhbər heyəti mühəndis şəhərciyinin açılışında iştirak edib.

Bildirilib ki, mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb döyüş şəraitində ərazinin relyefini nəzərə almaqla yerinə yetirməsi vərdişlərini təkmilləşdirmək üçün şəhərcikdə lazımi infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində xüsusi texnikanın mürəkkəb relyef və sərt iqlim şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi, həmçinin döyüş tapşırıqlarının məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mühəndis qoşunlarının komandanlığına şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Mühəndis-istehkam hissə və bölmələrinin yerinə yetirdiyi tapşırıqlar nəzərə alınmaqla müasir texnika alınaraq qoşunların təchizatına daxil edilib. Mühəndis təminatının yerinə yetirilməsi üçün tətbiq olunan texnika parkı abadlaşdırılıb, şəxsi heyətin hazırlığı üçün siniflər və digər inzibati binalar müvafiq avadanlıqlarla təchiz edilib.

Silahlı Qüvvələrin ordu quruculuğu prosesində digər sahələr kimi, mühəndis qoşunları və ümumilikdə mühəndis təminatı da uzun inkişaf yolu keçib. Sovet ordusundan miras qalmış çox sayda mühəndis xüsusi texnikası mütəxəssis çatışmazlığı, baxımsızlıq və nəzarətsizlik ucbatından uzun müddət qulluq göstərilmədiyi, təmir-bərpa işləri aparılmadığı üçün yararsız hala düşüb.

Müharibə zamanı əməliyyatlar planlaşdırılarkən və təlimlərin gedişində mühəndis hissə və bölmələrinin öz tapşırıqlarını yerinə yetirməyə qadir olmadığı aşkar edilirdi. Cəbhənin hər iki tərəfindəki qüvvələrin manevr qabiliyyətinin, texniki və kəşfiyyat imkanlarının artdığı bir dövrdə mühəndis hissə və bölmələrinin öz tapşırıqlarına uyğun texnika ilə tam təchiz olunması, mühəndis hazırlığının mühəndis təminatı tələbləri səviyyəsinə qaldırılması, mühəndis qoşunlarının qüvvə və vasitələrinin keyfiyyət və kəmiyyətinin artırılması müharibənin ikinci mərhələsinə hazırlığın vacib şərtlərindən biridir.

Real döyüş şəraitinə uyğun maneələr və zolaqlar inşa edilən mühəndis şəhərciyində xüsusi texnikanın mürəkkəb şəraitdə idarə olunması, mühəndis bölmələrinin döyüş tapşırıqlarını məşq etməsi, qoşunların fəaliyyətinin mühəndis təminatı məsələlərinin öyrədilməsi və təkmilləşdirilməsi nəzərdə tutulub. Ona görə də bu mühəndis şəhərciyi qoşunların mühəndis hazrlığının təminatını, qismən də olsa, yerinə yetirəcək. Amma bütün digər döyüş hazırlığı fənləri kimi mühəndis hazırlığının da lazımi səviyyəyə çatdırılması məqsədi ilə bütün hissə və bölmələrin, proqramlarla və döyüş tapşırığı ilə müəyyən olunmuş hazırlığını təşkil etmək üçün, uyğun təlim maddi-texniki baza, təlim mərkəzləri, simulyasiya sistemləri, poliqonlar və şəhərciklərlə təmin olunması günümüzün tələbləridir.

General-polkovnik Z.Həsənov mühəndis şəhərciyinin açılışı zamanı mühəndis qoşunlarının döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv tətbiqi üzrə müvafiq tapşırıqlar verib.

Əməliyyatların planlaşdırılması elmi əsaslarla təşkil olunmalı, qoşunların və təminat növlərinin döyüş imkanları qarşıda duran fəaliyyətlərin uğurlu nəticələrini təmin etməyə uyğun səviyyəyə çatdırılmalıdır.

Mühəndis təminatı

Mühəndis təminatı – əməliyyatların döyüş təminatı növlərindən biridir. Bu təminat növü əməliyyatların başlanğıcında həlledici təsir göstərən fəaliyyət və təsirlər cəhətdən çox mühümdür. Mühəndis təminatı, qarşıda duran düşmənin və ərazinin imkanları nəzərə alınmaqla təşkil olunmalıdır. Ştatdankənar, tam komplektləşdirilməyən, texnika və avadanlıqlarla tam təchiz olunmayan, lazımi hazırlıq keçməyən bölmələr mühəndis təminatını yerinə yetirməyə qadir olmayacaq, nəticədə qoşunlar döyüş tapşırıqlarını yerinə yetirməyəcək. Buna görə də, mühəndis qoşunlarının ştat quruluşu, təchizatı, təminatı, komplektləşdirilməsi və döyüş hazırlığı mühəndis təminatının tələblərinə uyğunlaşdırılmalıdır.

Haşiyə: Müasir ümumqoşun döyüşünün mühəndis təminatının əsas məqsədləri aşağıdakılardır:

- bölmələrin açılması və onların sürətli hücuma keçmələri, manevr etmələri, yüksək templə su əngəllərini dəf etmələri üçün əlverişli şəraitin yaradılması;
- müdafiədə bölmələrin dayanıqlığının artırılması və onların müasir məhvetmə vasitələrindən mühafizə olunması.

Bu məqsədlərə, bölmələr tərəfindən tutulan rayonların mühəndis cəhətdən qurulması, qoşunların fəaliyyətlərinin qəfilliyinə və döyüş meydanında geniş manevrinə, tank əleyhinə müdafiəyə və şəxsi heyətin, döyüş texnikasının, nəqliyyat və xüsusi maşınlarının hücum vasitələrindən, ilk növbədə düşmənin müasir məhvetmə vasitələrindən müdafiəsi üzrə kompleks mühəndis tapşırıqlarının icrası ilə nail olunur.

Bu tədbirlərin keçirilməsinə zərurət müasir ümumqoşun döyüşünün mahiyyətindən irəli gəlir. Tank əleyhinə müdafiənin təmini üzrə mühəndis tədbirləri xüsusi əhəmiyyət daşıyır. Bölmələrin müasir məhvetmə vasitələrindən mühafizəsi üzrə mühəndis tədbirləri həyatda qalma və döyüş qabiliyyətinin təmin olunması üçün zəruridir.

Mühəndis təminatının tapşırıqları döyüşün növündən, döyüş fəaliyyətlərinin xarakterindən və qoşunların döyüş tapşırıqlarından asılı olaraq müxtəlif ola bilər.

Mühəndis təminatının ümumi tapşırıqları isə bunlardır:

- düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı;
- qoşunlar tərəfindən tutulmuş rayonların, hədlərin, mövqelərin, idarəetmə məntəqələrinin, açılma rayonlarının fortifikasiya hazırlığı;
- mühəndis maneələrinin qurulması və saxlanması, dağıntıların yaradılması;
- düşmənin nüvə minalarının məhv edilməsi (zərərsizləşdirilməsi);
- mühəndis maneələrindən və dağıntılarından keçidlərin açılması və saxlanması;
- əngəllərdən keçidlərin qurulması;
- ərazi və obyektlərin minalardan təmizlənməsi;
- daşınma, təxliyyə və qoşunların hərəkəti yollarının hazırlanması və saxlanması;
- su maneələrinin döyüşlə keçilməsi (dəf edilməsi) zamanı keçidlərin (dayaz su keçidləri, körpü keçidləri, bərə keçidləri və s.) qurulması və saxlanması;
- qoşunların və obyektlərin maskalanması üzrə mühəndis tədbirləri;
- helikopter bölmələrinin hərəkətinin təminatı üzrə mühəndis tədbirləri;
- düşmənin nüvə zərbələrinin nəticələrinin aradan qaldırılması üzrə mühəndis tədbirləri;
- suyun çıxarılması, təmizlənməsi və su təminatı məntəqələrinin qurulması.

Qoşunların mühəndis hazırlığı

Qoşunların mühəndis hazırlığı – ümumqoşun əməliyatlarının mühəndis təminatı məsələlərinin öyrədilməsi prosesidir və iki əsas tərkib hissəsi var:

- bütün qoşun növü və xüsusi bölmələrin mühəndis hazırlığı;
- mühəndis qoşunlarının hazırlığı.

Odur ki, bütün hərbi hissələrdə mühəndis hazırlığının təlim maddi-texniki bazası yaradılmalı və bölmələrin istifadəsinin mümkünlüyü təmin edilməlidir.

Müdafiə Nazirliyi, birlik, birləşmə, hissə və bölmələrin tədris ilinə hazırlıq planına əsasən Azərbaycan Ordusunda mühəndis hazırlığı məşğələləri, mühəndis hissə və bölmələrinin ixtisas hazırlığı və taktiki-xüsusi təlimləri keçirilib. Mühəndis qoşunlarının hazırlığınin ümumqoşun hissə və bölmələrinin hazırlığı ilə paralel və döyüş tapşırıqlarına uyğunlaşdırılmış şəkildə keçirilməsi məqsədəuyğundur. Mühəndis hissə və bölmələrinin taktiki-xüsusi təlimləri qərarlara uyğun, tabeliyinə verildiyi birlik, birləşmə, hissə və bölmələrin təlimləri çərçivəsində keçirilməsi təşkil olunmalıdır.

Cari tədris ili ərzində “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi təşkil edilib, müsabiqə zamanı mühəndis qoşunlarının, xüsusilə cəbhə bölgəsində yerləşən hissə və bölmələrin hazırlığı yoxlanılıb. Bu müsabiqədə mühəndis hazırlığının təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb və çətin döyüş şəraitində, ərazinin relyefinə uyğun yerinə yetirilməsi vərdişlərini təkmilləşdirmək məsələləri diqqət mərkəzində olub. Gələcəkdə belə işlərə mülki təşkilatların cəlb edilməsi məqsədəuyğundur. Bu, şəxsi heyətin döyüş hazırlığı və xidməti vəzifələri ilə daha sıx məşul olmasına şərait yaradar.

İstənilən halda döyüş hazrlığının təlim maddi-texniki bazasının yaradılması və təkmilləşdirilməsi gələcəkdə döyüş hazırlığının keyfiyyətinə xidmət edəcək, qoşunların döyüş qabiliyyətinə və mühəndis təminatının təkmilləşdirilməsinə təsir göstərəcək.

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mühəndis-şəhərciyi   MN  

Cəbhə zonasında yeni yaradılan mühəndis şəhərciyi, hazırlığı və təminatı - ANALİZ (HƏRBİ EKSPERT)

2019/12/31ad2-4726859925.jpg
Oxunub: 3920     12:24     06 Dekabr 2019    