"Türkiyədəki bazalar olmadan İŞİD-ə qarşı qalib gəlmək mümkün olmazdı" - Stoltenberq

2019/04/15228-1554358684.jpg
Oxunub: 565     16:20     04 Dekabr 2019    
"Terrorla mübarizədə böyük uğurlar qazanmışıq və biz müdafiə sahəsinə daha çox investisiya qoymağa davam edirik. 2016-cı ildən bəri avropalı müttəfiqlərimiz və Kanada hərbi büdcələrinə 130 milyard dollar əlavə ediblər. Bu misli görünməmiş bir rəqəmdir və NATO-nu daha da gücləndirir".

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq vurğulayıb ki, Türkiyə İŞİD terror təşkilatına qarşı fəal mübarizə aparır.

"Türkiyə ərazisindəki hərbi bazalar olmadan İŞİD terroçularına qalib gəlmək mümkün olmazdı. Türkiyə NATO-nun vacib strateji tərəfdaşıdır", - deyə o qeyd edib.

Bununla yanaşı, Stoltenberq NATO-nun ABŞ və Avropanın müdafiə və təhlükəsizliklə bağlı məsələləri müzakirə etdiyi və bu istiqamətdə birgə addım atdığı yeganə platforma olaraq qaldığını vurğulayıb: "Müxtəlifliklərimizə baxmayaraq, bizim əsas vəzifəmiz bir-birimizi müdafiə etməkdir. Birimiz hamımız, hamımız birimiz üçün!".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   İŞİD  

"Türkiyədəki bazalar olmadan İŞİD-ə qarşı qalib gəlmək mümkün olmazdı" - Stoltenberq

2019/04/15228-1554358684.jpg
Oxunub: 568     16:20     04 Dekabr 2019    