Paşinyan təhlükəsizlik işçilərinin də sayını artırır

2019/10/456-1571739433.jpg
Oxunub: 391     16:01     04 Dekabr 2019    
Noyabrın 21-də İtaliyanın Milan şəhərindəki Müqəddəs Qırx Uşaq Apostol erməni kilsəsində erməni icmasının nümayəndələri ilə Nikol Paşinyanın görüşü zamanı skandallı bir hadisəsinin baş verdiyi məlumdur. Azərbaycanlı videobloger erməni kilsəsinə daxil olub və Paşinyana suallar verib.

Ordu.az xəbər verir ki, erməni jurnalistlər bu münasibətlə Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizliyini təmin edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə Xidməti rəisi Gevorq Movsisyandan açıqlama verməyi xahiş edib.

O qeyd edib ki, Dövlət Mühafizə Xidməti Ermənistan Baş naziri, habelə qanunla nəzərdə tutulmuş digər şəxslərin təhlükəsizliyini təmin edərək qanunla müəyyən olunmuş funksiyaları tam həyata keçirir.

Ümumiyyətlə, son zamanlar erməni mətbuatında xəbərlər yayılır ki, Paşinyanın təhlükəsizlik işçilərinin sayı günü-gündən artır. Həmçinin məlum olub ki, Paşinyanın evinin təmiri üçün ayrılan pulların böyük qismi təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub.

Sosial şəbəkələrdə istifadəçilər buna səbəb kimi Paşinyanın təhdid olunmasını göstərirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təhlükəsizlik  

Paşinyan təhlükəsizlik işçilərinin də sayını artırır

2019/10/456-1571739433.jpg
Oxunub: 394     16:01     04 Dekabr 2019    