Paşinyan evinin təhlükəsizliyini artırır - O, kimdən və ya nədən qorxur?

2019/12/5805c-1575457225.jpg
Oxunub: 538     15:00     04 Dekabr 2019    
Bir neçə həftə bundan öncə “Antifeyk” faktların yoxlanılması platforması istintaq məqaləsi nəşr edib.

İstintaq məqaləsi ilə məlum olub ki, Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın şəxsi evinin təmir olunması üçün gizli şəkildə iki milyon dollardan çox pul ayırıb.

Faktların yoxlanması platformasının bu bəyanatından sonra Paşinyan birbaşa canlı yayıma çıxmağa və şəxsi evinin içərisini ictimaiyyətə göstərməyə məcbur olub. Paşinyan cəmiyyəti dəbdəbəli təmirin həyata keçirilməməsinə inandırmaq üçün əlindən gələn hər şeyi edib.

Məlumata görə, əslində məbləğin böyük hissəsi daxili təmir işlərinə yox, şəxsin evin təhlükəsizliyinin gücləndirilməsinə xərclənib. Mənbələrin məlumatına görə, son zamanlar Paşinyan öz təhlükəsizliyinə böyük diqqət yetirir.

Paşinyan qorxur ki, bəzi qüvvələr ona və onun ailə üzvlərinə zərər vura bilər. O, qorxduğu üçün hökumət tərəfindən gizli şəkildə ayrılmış məbləğin böyük hissəsini şəxsi evinin qapı və pəncərələrinin yenilənməsinə xərcləyib. Şəxsi evin bütün pəncərələri, qapıları zirehli qapı və pəncərələrlə əvəz olunub.

Paşinyanın evinin xüsusi mühafizə olunan ərazidə yerləşdiyi və 24 saat Ermənistan Dövlət Mühafizə Xidməti əməkdaşlarının nəzarəti altında olduğu bir halda onun kimdən qorxması maraq doğurur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təhlükəsizlik  

Paşinyan evinin təhlükəsizliyini artırır - O, kimdən və ya nədən qorxur?

2019/12/5805c-1575457225.jpg
Oxunub: 541     15:00     04 Dekabr 2019    