Ermənistan MN-in Gümrü hərbi polis bölməsinin keçmiş rəisinə qarşı ittiham irəli sürülüb

2019/12/15754-1575456703.jpg
Oxunub: 523     16:41     04 Dekabr 2019    
Ermənistan İstintaq Komitəsinin baş istintaq idarəsində araşdırılan cinayət işi üzrə əldə olunmuş kifayət qədər sübutlar nəticəsində Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə (xüsusilə böyük məbləğdə rüşvət aldığına görə) Ermənistan Müdafiə Nazirliyinin Gümrü hərbi polis bölməsinin keçmiş rəisinə qarşı ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə öncəsi icraatda həyata keçirilmiş istintaq və digər prosessual əməliyyatlar nəticəsində bəzi detallar məlum olub.

Qeyd olunur ki, polkovnik M. Muradyan istintaq orqanının rəisi olaraq, 2011-ci il iyunun 20-dən 2015-ci il noyabrın 30-na qədər olan müddət ərzində Ermənistan Müdafiə Nazirliyi hərbi polisinin daxili istintaqlar və təhlükəsizlik şöbəsini rəisi, 2015-ci il noyabrın 30-dan başlayaraq isə Ermənistan Müdafiə Nazirliyinin Gümrü hərbi polis bölməsinin rəisi vəzifəsini tutaraq 2014-cü ilin oktyabr ayında tanışı, Rusiya Federasiyası vətəndaşı E. Martirosovdan onun oğlu V. Martirosov tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 3-cü hissəsi və 228-ci maddəsinin 2-ci hissəsilə nəzərdə tutulmuş cinayət işlərinin həyata keçirilməsi əsası ilə Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olması və cinayət məsuliyyətindən yayınması məqsədilə Ermənistana gəlməsi haqqında öyrənərək onun lehinə açıq şəkildə qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, həmçinin qeyri-qanuni fəaliyyətsizlik nümayiş etdirilməsi məqsədilə ümumi dəyəri 22.149.188 erməni dramı olan rüşvət tələb edib və alıb.

M. Muradyana qarşı ehtiyat tədbiri kimi onun həbs olunması seçilib.

Cinayət işi ittiham mülahizəsi ilə, məhkəməyə göndərilmə vəsatəti ilə Ermənistan Mərkəzi Hərbi Prokurorluğuna göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Gümrü  

Ermənistan MN-in Gümrü hərbi polis bölməsinin keçmiş rəisinə qarşı ittiham irəli sürülüb

2019/12/15754-1575456703.jpg
Oxunub: 526     16:41     04 Dekabr 2019    