Balayan erməni əsgərinin ölməsi ilə bağlı: “Mənə məlum olan məlumatları indi açıqlaya bilmərəm”

2019/07/Untit-1564477242.jpg
Oxunub: 529     14:49     04 Dekabr 2019    
“Mənə məlum olan məlumatları rəsmi olaraq indi açıqlaya bilmərəm, çünki buna səlahiyyətim yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “BMT Təhlükəsizlik Şurasında qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans zamanı Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan bir neçə gün bundan öncə Qarabağda bir hərbi qulluqçunu intiharı, digər bir hərbi qulluqçunun yaralanması hadisəsinə toxunarkən bildirib.

Nazir müavini müxtəlif növ şərhlərdən çəkinməyə çağırış edib.

“Mətbuatda həqiqətə uyğun olmayan nəşrlər olur”,- deyə o bildirib.

Balayanın sözlərinə görə, ilk dəqiqədən başlayaraq bütün hüquq-mühafizə orqanları və bölmələri işləyirlər.

“Həmin hadisədə iştirak edən iki hərbi qulluqçumuzun hər ikisi müstəsna olaraq müsbət xarakterizə edilib. Bu, nadir hallarda olur. Yəni, əgər onlardan birinin əvvəlcədən konflikti olsaydı, onlar döyüş mövqeyində eyni zamanda növbətçiliyə təyin olunmazdı”, - deyə Balayan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balayan   Erməni-əsgər  

Balayan erməni əsgərinin ölməsi ilə bağlı: “Mənə məlum olan məlumatları indi açıqlaya bilmərəm”

2019/07/Untit-1564477242.jpg
Oxunub: 532     14:49     04 Dekabr 2019    