Rusiya Şərq Hərbi Dairəsinin “Gurumsaroy” təlim düşərgəsində Özbəkistan və Rusiya Federasiyasının hərbi heyəti arasında “Şərq-2019” adlı birgə taktiki təlim keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
Birgə təlim məşqinin açılış mərasimində qeyd olunub ki, bu təlimlər hər iki tərəf üçün döyüş qabiliyyətlərinin artırılmasında, peşə hazırlığı təlimlərində və beynəlxalq terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsində mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Özbəkistan
Rusiya