Erməni deputat: “Ermənistanda bir çoxları öz oğlunu ordudan azad etmək istəyirlər və köç edirlər”

2019/12/76867-1575450096.jpg
Oxunub: 448     13:17     04 Dekabr 2019    
“Mən fləşmob etməyi təklif edirəm və bu vətəndaşların sayı o qədər az ola bilər ki, mən də belə bir təşəbbüsün mənasız olduğunu düşünüm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Hayk Sarkisyan jurnalistlərə açıqlamasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” Ermənistan Respublikası qanununda dəyişikliklər etmək təklifini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi yeni velosiped icad etmədiyi üçün xarici ölkələrin təcrübəsini öyrənməlidir. Sarkisyanın sözlərinə görə, onun komanda yoldaşlarından bəziləri qanunvercilik təşəbbüsünü dəstəkləyir.

“Ermənistanda bir çoxları öz oğlunu ordudan azad etmək istəyirlər, evlərini satırlar, köç edirlər, mən bu köçü dayandırmaq və həmin sıfır hərbi qulluqçunu Ermənistana qaytarmaq istəyirəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Erməni deputat: “Ermənistanda bir çoxları öz oğlunu ordudan azad etmək istəyirlər və köç edirlər”

2019/12/76867-1575450096.jpg
Oxunub: 449     13:17     04 Dekabr 2019    