İntihar edən erməni əsgər barədə yeni DETALLAR

2019/11/water-1575107821.jpg
Oxunub: 796     14:30     04 Dekabr 2019    
Ermənistanda Dilican təlim mərkəzi ərazisində ilkin məlumata görə intihar versiyası olaraq baş vermiş hadisəyə dair yeni detallar ortaya çıxıb.

Məlumatlara əsasən, əsgərin özünü asdığı kəndir Komitasdakı inşaat dükanlarının birindən alınıb.

Yeri gəlmişkən, ilkin tibbi müayinə zamanı əsgərin bədənində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Xatırladaq ki, 26 noyabr 2019-cu il tarixdə saat 09:00 radələrində Dilican tədris mərkəzinin ərazisində Ermənistan MN-in “N” nömrəli hərbi hissəsinin müddətli xidmət hərbi qulluqçusu, əsgər Vahan Muşeğyanın kəndirlə ağacdan aslmış meyiti aşkarlanıb.

Hadisə ilə bağlı İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin 6-cı qarnizon istintaq şöbəsində intihar həddinə çatdırma üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun cinayət işi açılıb.

Qeyd olunur ki, intihar faktı ilə bağlı hərbi hissənin hərbi qulluqçuları və komandir heyəti də daxil olmaqla 30-dək hərbi qulluqçu dindirilib.

İlkin məlumata görə, ölən hərbi qulluqçu heç kimlə problemi olmayan, hörmətə malik olan hərbi qulluqçu olub.

Ancaq valideynlərlə danışmadan öncə hüquq mühafizə orqanları maraqlı fakt aşkar ediblər. Məlumata görə əsgərin özünü asdığı kəndirin hərbi hissəyə aidiyyəti yoxdur və ümumiyyətlə belə bir kəndir hərbi hissədə qeydiyyatda olmayıb.

İstintaqa məlum olub ki, kəndiri intihar edən əsgər, Vahan Muşeğyana konkret şəxs verib. Onlar kəndiri verən şəxsi tapıb və dindiriblər. Ancaq həmin şəxsin adı və nə məqsədlə kəndiri verməsinin detalları istintaq sirri olaraq açıqlanmayıb.

Hüquq mühafizə orqanları tərəfindən baş vermiş hadisənin araşdırılıb başa çatmadığı bir vaxtda, erməni ordusunda ötən gün növbəti faciəli hadisə baş verib.

Saat 06:50 radələrində işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü Artur Acanyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.

Əldə edilən məlumata əsasən, əsgərlər Acanyan və Melikbekyan arasında mübahisə baş verib. Artur Davitə atəş açıb, onun öldüyünü zənn edərək, qorxudan özünə də atəş açaraq intihar edib. Buna baxmayaraq, Melikbekyan ölməyib, lakin ağır şəkildə yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət   İntihar  

İntihar edən erməni əsgər barədə yeni DETALLAR

2019/11/water-1575107821.jpg
Oxunub: 799     14:30     04 Dekabr 2019    