Paşinyanın ABŞ səfiri ilə görüşü zamanı səssiz diplomatik qalmaqal yaşanıb

2019/12/12006-1575449210.jpg
Oxunub: 463     12:45     04 Dekabr 2019    
Ermənistan hakimiyyətinin Rusiya ilə müansibətlərinin istiləşməsi fonunda Qərb vektoru ilə ciddi problemlər yaşanmağa başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın ABŞ səfiri ilə görüşü zamanı səssiz diplomatik qalmaqal yaşanıb.

Qeyd olunur ki, xanım səfir ingilissayağı vidalaşmadan uzaqlaşıb.

Daha gərgin münasibət ingilis torpağındadır. Nə Ermənistanın Birləşmiş Krallıqda, nə də Birləşmiş Krallığın Ermənistanda səfiri yoxdur.

Üstəlik xeyli müddət öncə Britaniyaya səfər edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Birləşmiş Krallığın Xarici İşlər naziri ilə görüşməyib. O, Avropa İşləri üzrə nazirlə görüşməklə kifayətlənib.

Bəziləri bunu hakimiyyətin səlahiyyətlərini həyata keçirməyə imkan vermədiyi, kral ailəsi ilə çox isti münasibətdə olan Ermənistan prezidenti Armen Sarkisyana qarşı hakimiyyətin yumşaq repressiya siyasəti ilə izah edir.

Yeri gəlmişkən Ali Ruhani Şuranın Armen Sarkisyanla planlaşdırılan iclasından əvvəl hakimiyyət onun iclasda iştirakının arzuolunmaz olduğunu əsas gətirərək, iclası ləğv edib. Qarşıda gözlənilən konstitusiya dəyişiklikləri əsasında onunla da ingilissayağı “vidalaşacaqlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Britaniya  

Paşinyanın ABŞ səfiri ilə görüşü zamanı səssiz diplomatik qalmaqal yaşanıb

2019/12/12006-1575449210.jpg
Oxunub: 464     12:45     04 Dekabr 2019    