İordaniyada keçirilən hərbi təlim İsrail ilə artan gərginliyi əks etdirir

2019/12/20170-1575448640.jpg
Oxunub: 361     15:36     04 Dekabr 2019    
Bazar ertəsi günü İordaniya Silahlı Qüvvələri tərəfindən keçirilən və “Karamanın qılıncları” adlandırılan hərbi təlim İsrail tərəfindən geniş maraqla qarşılanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İordaniya Kralı II Abdullah İsrail ilə münasibətləri "bu günə qədər ən pis mərhələdən keçir" olaraq xarakterizə edib.

II Abdullah İsrail Baş naziri Benyamin Netanyahunun İordan Vadisi və Ölü Dənizin şimal hövzəsini İsrailə ilhaq etmək niyyətini açıqladığı üçün buna açıq qəzəbini ifadə edib.

İordaniyalı hərbi və strateji mütəxəssisi, ehtiyatda olan general-mayor Cəlal Əl-Abadi bildirib ki, İordaniya silahlı qüvvələrinin İsrail ilə müqavilələrin olmasına baxmayaraq daim gözləmə mövqeyində olmalıdır. O vurğulayıb ki, İordaniya İsrailə etibar etməməlidir, çünki İsrail ordusu istənilən vaxt öz maraqlarına xidmət edən hərbi əməliyyata başlaya bilər.

Əl-Abadi qeyd edib ki, təlimlər İordaniyanın İsrail ilə artan gərginliyini əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İordaniya   İsrail  

İordaniyada keçirilən hərbi təlim İsrail ilə artan gərginliyi əks etdirir

2019/12/20170-1575448640.jpg
Oxunub: 364     15:36     04 Dekabr 2019    