DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir

2019/09/70428-1569052327.jpg
Oxunub: 459     11:58     04 Dekabr 2019    
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, cari ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX  

DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir

2019/09/70428-1569052327.jpg
Oxunub: 460     11:58     04 Dekabr 2019    