Erməni ekspert: “Bizim də Türkiyə ilə bağlı müvafiq hərbi planlarımız var”

2019/12/14785-1575446151.jpg
Oxunub: 528     11:44     04 Dekabr 2019    
“Türkiyənin 1990-cı illərdə, xüsusilə də Qarabağ münaqişəsi illərində belə bir planının olmadığını və Ermənistana aviazərbələr endirmək planının yalnız 2001-ci ildə ortaya çıxdığını düşünmürəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti Hayk Qabrielyan deyib.

Qabrielyan bir neçə gün bundan öncə “Nordic Monitor”un Türkiyənin 1992-ci ildə Ermənistana qarşı hücum niyyətinin olması ilə bağlı nəşrinə toxunub.

“Qonşu ölkələrlə bağlı hərbi planlar hazırlamaq Baş Qərargahın funksiyalarından biri olduğuna görə mən bunu açıqlama hesab edə bilmərəm. “Nordic Manitor”un nəşri vəziyyətində hesab etmirəm ki, Ermənistan hakimiyyəti hər hansı şəkildə reaksiya verməlidir. Burada fövqəladə hər hansı bir şey yoxdur ki, ümumiyyətlə, Türkiyənin Ermənistana aviazərbələr endirmək haqqında hərbi planı olsun. Əvəzində, Ermənistan hər zaman ayıq olmalı və hadisələrin inkişafında hər bir ssenariyə hazır olmalıdır. Mən hərbi sahəni təmsil etmirəm, lakin açıq şəkildə hesab edirəm ki, öz növbəmizdə bizim də Türkiyə ilə bağlı müvafiq hərbi planlarımız var”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   OĞUZTÜRK  

Erməni ekspert: “Bizim də Türkiyə ilə bağlı müvafiq hərbi planlarımız var”

2019/12/14785-1575446151.jpg
Oxunub: 529     11:44     04 Dekabr 2019    