Erməni politoloq: “Ermənistanda polis hər zaman kifayət qədər problemli struktur olub”

2019/12/maxre-1575445861.jpg
Oxunub: 379     11:23     04 Dekabr 2019    
“Ermənistanda polis hələ Sovet İttifaqı dövründən başlayaraq, hər zaman kifayət qədər problemli struktur olub.”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Karen Köçəryan bildirib.

O, “Sasna Tsrer”in fəaliyyətlərinə də toxunub: “Misal olaraq, “Sasna Tsrer”in fəaliyyətlərini də görmüşük, elə deyil? Onlar nə edirlər? “Kamaz”la Polis Post-Patrul Alayına daxil oldular, bu fəaliyyət olacaq? Əgər bu olacaqsa, bu da mənim üçün qəbulolunmazdır”.

Köçəryan qeyd edib ki, müqayisədə Ermənistan Milli Təhlükəsizlik Xidməti ən peşəkar olub və belə də qalacaq.

“GALLUP International association”ın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib ki, polis və MTX-nin işini “Sasna Tsrer”in bəyanat prizması ilə qiymətləndirmək lazım deyil.

““Sasna Tsrer” işinə qiymət verilməli olan qüvvə deyil”,- deyə o bildirib.

Navasardyanın sözlərinə görə, Ermənistan MTX-nin son 2-3 rəhbəri peşəkar olmayıb. Hüquq-mühafizə sisteminin qiymətləndirilməsinə gəlincə, Navasardyan qeyd edib ki, əvvəllər həm Vanetsyanın, həm də Polis rəisinin kifayət qədər yüksək reytinqi olub.

O, həmçinin qeyd edib ki, polisin işindəki nöqsanlar göz qabağındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis   Zorakılıq  

Erməni politoloq: “Ermənistanda polis hər zaman kifayət qədər problemli struktur olub”

2019/12/maxre-1575445861.jpg
Oxunub: 382     11:23     04 Dekabr 2019    