Tramp Yaponiya Baş nazirindən ABŞ əsgərləri üçün daha çox pul ödəməsini istəyib

2019/11/800-1575005686.jpg
Oxunub: 451     11:14     04 Dekabr 2019    
“Yaponiyadan xahiş etdim. Baş nazir, dostum Şinzo Abeyə dedim. Dedim ki, burada bizə kömək etməlisən. Çox pul ödəyirik. Siz varlı bir millətsiniz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun sammitində iştirak etmək üçün getdiyi Londonda deyib.

Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinə əsasən, Yaponiyada təxminən 50.000 amerikalı hərbi qulluqçu yerləşdirilib. Yaponiya bu hərbi qulluqçular üçün ildə təxminən 200 milyard yen (təxminən 1.8 milyard dollar) maliyyə ayırır ki, bu da bazanın işçiləri, kommunal xidmətləri və digər əşyalara kifayət edir.

Mövcud 5 illik saziş 2021-ci ilin martında bitəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Yaponiya  

Tramp Yaponiya Baş nazirindən ABŞ əsgərləri üçün daha çox pul ödəməsini istəyib

2019/11/800-1575005686.jpg
Oxunub: 454     11:14     04 Dekabr 2019    