Hipersəs döyüş bloklarının planlaşdırılması: Layihələr və perspektivlər

2019/12/15669-1576065167.jpg
Oxunub: 2033     10:43     14 Dekabr 2019    
Sürəti 5 Max-dan yüksək Hipersəs Uçan Aparatların (HSUA) yaradılması silah inkişafının ən perspektivli sahələrindən biridir. Başlanğıcda hipersəs texnologiyalar həm atmosferdə, həm də kosmosda uçmağa qadir və təkrar istifadə edilə bilən təyyarələrin - yüksək hündürlüklü və yüksək sürətli mülki və hərbi təyyarələrin meydana gəlməsi ilə əlaqələndirilirdi.

Düz axımlı mühərriki olan hipersəs və pilotsuz uçan aparatlar təxminən buna bənzər görünüşə malik olmalıdır (və ola bilər ki, olacaqlar)

Təcrübədə təkrar istifadə edilə bilən HSUA layihələri həm uçuş, həm sürətlənmə, həm də hipersəs sürətlə sabit uçuşa imkan verən çoxrejimli mühərriklərin və nəhəng temperatur yüklərinə dözə bilən struktur elementlərinin inkişafında çox böyük çətinliklərlə qarşılaşdı.

Pilotlu və pilotsuz təkrar istifadə edilə bilən hava vasitələrinin yaradılması ilə bağlı çətinliklərə baxmayaraq, hipersəs texnologiyalara maraq zəifləmir, çünki onların tətbiqi hərbi sahədə böyük üstünlüklər vəd edir. Bunu nəzərə alaraq, inkişafdakı vurğu, trayektoriyanın çox hissəsini hipersəs sürətdə qət edən silah sistemlərinin (təyyarə, raket/döyüş başlığı) yaradılmasına yönəldildi.

Bəziləri ballistik raket başlıqlarının hipersəs silahlara da aid edilə biləcəyini iddia edir. Lakin hipersəs silahların əsas xüsusiyyəti, idarə olunan uçuş keçirmək bacarığıdır, bu müddət ərzində HSUA hündürlüyü və kursu üzrə manevr edə bilər, bu isə ballistik trayektoriya boyunca uçan döyüş başlıqları üçün əlçatan (və ya məhdud əlçatandır) deyil. "Həqiqi" HSUA üçün başqa bir meyar olaraq isə onun üzərində hipersəs düz axımlı reaktiv mühərrikə malik olmasını iddia edirlər, lakin bu iddia ən azı "birdəfəlik" HSUA-ya münasibətdə sual altına düşə bilər.

Hipersəs düz axımlı reaktiv mühərrikə malik HSUA

Hazırda iki növ hipersəs silah sistemi aktiv inkişaf edir. Bu hipersəs düz axımlı reaktiv mühərrikə malik Rusiyanın 3M22 "Tsirkon" və ABŞ-ın "Boeing" X-51 "Waverider" adlı qanadlı raket layihələridir. Bu tip hipersəs silahlar üçün sürət 5-8 M aralığı, uçuş məsafəsi üçün isə 1000-1500 km qədər diapazon kimi xüsusiyyətlər standart olaraq qəbul edilir. Onların üstünlüklərinə Tu-160M/M2, Tu-22M3M, Tu-95 və ya ABŞ-ın B-1B, B-52 kimi raket daşıyıcı bombardmançılarına yerləşdirilməsi imkanları daxildir.

Rusiya 3M22 "Tsirkon" hipersəs raketinin (yuxarıda) və ABŞ-ın X-51 "Waverider" hipersəs raketinin layihələri (aşağıda)

Ümumiyyətlə, bu tip hipersəs silahların layihələri Rusiya və ABŞ-da oxşar sürətlə inkişaf edir. Rusiya hipersəs silahlar mövzusunu aktiv olaraq daima işıqlandırır və "Tsirkon"ların qoşunlara tədarükünün başlayacağını vəd edirdi. Lakin bu raketin istifadəyə verilməsi yalnız 2023-cü il üçün planlaşdırılır. Digər tərəfdən, hər kəs "Boeing" şirkətinin bənzər X-51 "Waverider" proqramında baş verən uğursuzluqlarından xəbərdardır ki, bu da ABŞ-ın bu silah növündə əhəmiyyətli dərəcədə geridə qalması hissini yaradır. Bu iki gücdən hansı biri bu tip hipersəs silahı daha əvvəl əldə edəcək? Bunu yaxın gələcək göstərəcək. Silah yarışında ikinci iştirakçının birincidən nə qədər geridə qalacağı da bu zaman çərçivəsində məlum olacaq.

Hipersəs silahın digər fəal inkişaf etdirilən bir növü də hipersəs döyüş bloklarının yaradılmasıdır.

Hipersəs uçan aparatlar

HSUA-nın yaradılması hələ 20-ci əsrin ortalarında planlaşdırılıb. 1957-ci ildə Tupolev Dizayn Bürosunun Tu-130DP zərbə tipli pilotsuz uçuş aparatının dizaynı üzərində işə başlanmışdı.

Tu-130DP zərbə tipli pilotsuz uçuş aparatı

Layihəyə görə, Tu-130DP orta mənzilli ballistik raketin son mərhələsi olmalı idi. Raket Tu-130DP-ni 80-100 km yüksəkliyə çıxarmalı, bundan sonra daşıyıcıdan ayrılıb, sərbəst uçuşa keçməli idi. Uçuş zamanı aerodinamik sükanların köməyi ilə aktiv manevrlər həyata keçirilə bilərdi. 10 M sürətdə hədəfi məhvetmə məsafəsi 4000 km olmalı idi.

XX əsrin 90-cı illərində "Mashinostroyeniya" ETİ "Çağırış" xilasetmə raket-kosmik sisteminin layihəsini hazırlamaq üçün təşəbbüs təklifi ilə çıxış etdi. 2000-ci ilin əvvəllərində UR-100NUTTX qitələrarası ballistik raketinin (QABR) bazasında qəzaya uğrayan dəniz gəmilərinə operativ yardım üçün kompleks yaratmaq təklif edildi. UR-100NUTTH raketinin faydalı yükü, müxtəlif xilasedici avadanlıqları daşıyan SLA-1 və SLA-2 xüsusi aerokosmik xilasetmə aparatları olmalı idi.

Qəzaya uğrayanlara təcili yardım dəstinin təxmini çatdırılma müddəti məsafədən asılı olaraq 15 dəqiqədən 1,5 saatadək olmalı idi. Uçan aparatların enmə dəqiqliyi təxminən 20-30 m (bu isə hətta qeyri-nüvə başlığı ilə zərbə üçün də kifayətdir), faydalı yükünün kütləsi SLA-1 üçün 420 kq və SLA-2 üçün 2500 kq (ağırlığı 2500 kq olan döyüş başlığı aviadaşıyıcını belə batıra bilər) təxmin edilirdi. "Çağırış" layihəsi üzərində iş, onun görünmə vaxtını nəzərə alaraq, əvvəlcədən müəyyənləşdirilən ilkin inkişaf mərhələsindən o tərəfə keçmədi.

"Çağırış" raket-kosmik sisteminin SLA-1 və SLA-2 xilasetmə aparatları

Hipersəs döyüş blokları

"Hipersəs döyüş başlığı" anlayışına uyğun gələn başqa bir layihə Makeev adına Dövlət Raket Mərkəzi tərəfindən irəli sürülən "idarə olunan döyüş bloku" konsepsiyası hesab edilə bilər. İdarəolunan döyüş bloku qitələrarası və sualtı ballistik raketləri (QABR və SABR) təchiz etmək üçün nəzərdə tutulurdu. Aerodinamik qalxanlar tərəfindən idarə olunan blokların asimmetrik dizaynı uçuş trayektoriyasının geniş dəyişməsinə imkan verməli idi, bu isə öz növbəsində inkişaf etmiş çoxeşalonlu raketdən müdafiə sisteminin əks təsiri şəraitində düşmənin strateji hədəflərinə zərbə endirmək imkanını təmin etməli idi. Blokların iddia edilən dizaynına cihaz, modul və döyüş bölmələri daxil edilməli idi.

İdarəetmə sistemi düzəliş məlumatlarını əldə etmək imkanı ilə böyük ehtimalla ətalətli olmalı idi. Layihə sənədləri 2014-cü ildə ictimaiyyətə nümayiş olundu, hazırda isə onun statusu məlum deyil.

Dövlət Raket Mərkəzinin idarəolunan döyüş bloku

UR-100N UTTX raketi və "Aeroballistic Hipersonic Combat Equipment" (Aeroballistik Hipersəs Döyüş Təchizatı) olaraq təyin olunan hipersəs döyüş blokunu ehtiva edən və 2018-ci ildə ictimaiyyətə təqdim edilən "Avanqard" kompleksi, arsenala qəbul üçün ən real namizəd kompleks hesab edilə bilər. Bəzi mənbələrə görə, "Avanqard" kompleksinin uçuş sürəti 27 M (9 km/s), uçuş diapazonu isə qitələrarasıdır. Onun təxmini kütləsi təxminən 3.5-4.5 ton, uzunluğu 5.4 metr, eni 2.4 metrdir.

"Avanqard" kompleksi 2019-cu ildə xidmətə girməli idi. Gələcək perspektivdə onun 3 ədədini daşıya biləcək daşıyıcısı kimi "Sarmat" QABR-lardan istifadə edilə biləcəyi ehtimal edilir.

"Avanqard" kompleksi

ABŞ hipersəs silahların yerləşdirilməsi barədə xəbərlərə reaksiya göstərərək bu istiqamətdəki çalışmalarını gücləndirdi. Hazırda yuxarıda göstərilən X-51 "Waverider" hipersəs qanadlı raket layihəsinə əlavə olaraq, ABŞ perspektivli yerüstü hipersəs raket silah sistemini - Hipersəs Silahlar Sistemini (HWS- Hypersonic Weapons System) qısa bir zamanda silahlanmaya qəbul etməyi planlaşdırır.

HWS kompleksininin Block-1 hipersəs C-HGB döyüş başlığı lazımi hündürlüyə, nəqliyyatda yerləşdirilən və yerdə qurulan çarxlı iki konteynerli qurğu üzərində yerləşdirilən, 10 metr uzunluğunda nəqliyyat atıcı konteynerdən buraxılan, AUR (All-Up-Round) universal və sərt yanacaqlı raket tərəfindən çıxarılacaq. HWS diapazonu təxminən 3700 dəniz mili (6800 km), sürəti isə ən azı 8 M olmalıdır, çox güman ki, onun sürəti daha yüksək olacaq, çünki bu sistemlər üçün 15-25 M sürət daha xarakterikdir.

Hipersəs Silahlar Sisteminin təqdimatından fraqment

C-HGB döyüş başlığının 2011 və 2012-ci illərdə sınanan Qabaqcıl Hipersəs Silah (AHW- Advanced Hypersonic Weapon) eksperimental hipersəs döyüş başlığına əsaslandığı ehtimal edilir. AUR raketi, ehtimal ki, AHW buraxılışı üçün istifadə olunan sürətləndirici raketin əsasını təşkil edir. HWS komplekslərinin yerləşdirilməsinə isə 2023-cü ildən etibarən başlamağı planlaşdırırlar.

Qabaqcıl Hipersəs Silah döyüş başlığı üçün inkişaf etdirilən hipersəs silahının eksperimental konsepsiyası

Çin Xalq Respublikası da, eyni zamanda hipersəs döyüş başlıqlarını inkişaf etdirir. Bir neçə layihə, məsələn həm nüvə zərbələri endirmək, həm də böyük qorunan yerüstü və süustü hədəflərini məhv etmək üçün hazırlanan DF-ZF və ya DF-17 haqqında məlumatlar da mövcuddur.

Çin HSUA-larının texniki xüsusiyyətləri barədə etibarlı məlumatlara rast gəlinmir. İlk Çin HSUA-sının silahlanmaya qəbulu 2020-ci ildə baş tutmalıdır.

Çin HSUA-sının maket və konsepti

Düz axımlı reaktiv mühərrikli HSUA mühərriki ilə sadə HSUA rəqabət aparmır, əksinə bir-birini tamalayan silah sistemləridir və biri digərini əvəz edə bilməz. Skeptiklərin strateji adi silahların məna vermədiyi barədə fikirlərinə zidd olaraq, ABŞ HSUA-nı ilk növbədə "Sürətli Qlobal Zərbə" (SQZ) proqramı çərçivəsində qeyri-nüvə avadanlıqlarda istifadə üçün uyğun hesab edir.

2018-ci ilin iyul ayında ABŞ Müdafiə nazirinin müavini Maykl Qriffin, nüvə olmayan bir konfiqurasiyada HSUA-nın ABŞ silahlı qüvvələrinə əhəmiyyətli taktiki imkanlar verə biləcəyini bildirdi. Onun istifadəsi, potensial rəqibin qanadlı raketlərinin, döyüş təyyarələrinin, klassik qısa və orta mənzilli ballistik raketlərin hücumlarını dəf edə biləcək müasir hava hücumundan və raketdən müdafiə sistemlərinin mövcud olduğu halda onlara zərbələr endirməyə imkan verəcək.

HSUA-nın plazmalı "qoza" şəklində tuşlanması

Tənqidçilərin hipersəs silahlar barədə ən sevimli arqumentlərindən biri, radiodalğaları ötürməyən və yüksək sürətlə formalaşan hədəfin optik görüntüsünü əldə etməyə mane olan plazmalı "qoza"nın əmələ gəlməsi səbəbindən onların tuşlamanı həyata keçirə bilməməsidir. "Keçilməz plazma maneəsi" haqqında mantra, demək olar ki, 100 metrdən sonra atmosferdə lazer şüalanmasının səpələnməsi mifi kimi məşhurlaşdı.

Əlbətdə ki, HSUA-nın idarəetmə problemi mövcuddur, lakin onun həllolunmazlığı - xüsusilə hipersəs düz axımlı reaktiv mühərriklərin və ya yüksək temperatura davamlı struktur materialların yaradılması kimi daha mürəkkəb problemlərlə müqayisədə - artıq sual altındadır.

HSUA tuşlamasını üç mərhələyə bölmək olar:

1. Ətalətli tuşlanma;
2. Qlobal peyk yerləşdirmə sistemlərinə (GPS) görə nizamlama, astrokorreksiyadan istifadənin mümkünlüyü;
3. Hədəfə tuşlamanın son hissəsində nizamlama, əgər bu bu hədəf hərəkətli deyilsə və ya məhdud hərəkətlidirsə, məsələn iri həcmli gəmilər.

Aydındır ki, plazma baryeri ətalətli tuşlama üçün maneə deyil və nəzərə alınmalıdır ki, bu sistemlərinin dəqiqliyi daim artır. Ətalətli tuşlama sisteminə onun dəqiqliyini artıran qravimetr və ya fəaliyyəti plazma baryerinin mövcud olub-olmamasından asılı olmayan digər avadanlıqlar əlavə edilə bilər.

Nisbi kompakt antenalar peyk naviqasiya sistemlərindən siqnal qəbul etmək üçün kifayətdir, bunun üçün müəyyən mühəndis həlləri tətbiq edilə bilər. Məsələn, bu cür antenlərin korpusun müəyyən konfiqurasiyasının "kölgə" saldığı zonalara yerləşdirilməsindən, uzaqdan istiliyə davamlı antenaların və ya yüksək güclü materiallardan hazırlanan çevik antenlərin istifadəsindən, korpusun müəyyən nöqtələrində soyuducu mayenin püskürməsindən və ya digər həllərdən, həmçinin onların kombinəedilən variantlarından istifadə edilə bilər.

Sürətlə hərəkət edən döyüş başlığının quyruğunun alt hissəsində naviqasiya və idarəetmə sistemlərinin qəbuledici antenlərinin yerləşdirilə biləcəyi boşluq əmələ gəlir və ya belə zonalar HSUA-nın korpusunun müəyyən etdiyi bir konfiqurasiyada süni şəkildə yaradılır.

Bəlkə də bu metodla həm radiolokasiya, həm də optik tuşlama üçün eyni şəkildə şəffaflıq pəncərələri yaradıla bilər. Unutmayın ki, gizli məlumatlar əldə etmədən, yalnız gizli olmayan və yayımlanan texniki həlləri müzakirə edə bilərik.

Hipersəs daşıyıcıda RLS və ya OLS (Optik Lokasiya Stansiyası) üçün müşahidə "açmaq" mümkün deyilsə, o zaman, məsələn, uçuşun sonunda HSUA-nı ayrılması da tətbiq oluna bilər. Bu vəziyyətdə, hədəfə 90-100 km məsafədə HSUA-nın paraşütlə və ya başqa bir şəkildə tormozlanan tullama bloku kənarlaşdırılır, RLS və ya OLS daramasını həyata keçirir və hədəfin dəqiq müəyyən edilən koordinatlarını, istiqamətini və hərəkət sürətini HSUA-nın əsas hissəsinə ötürür. Tuşlama blokunun ayrılması ilə döyüş başlığının hədəfə zərbə endirməsi təxminən 10 saniyə davam edir, bu isə tuşlama blokunun məhv edilməsi və ya hədəfin mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirilməsi üçün kifayət (gəmi maksimum sürətlə 200 metrdən çox məsafə qət edə bilməz) deyil. Bəlkə də HSUA-nın tuşlama blokunu daha əvvəl kənarlaşdırmaq zəruri olacaq ki, uçuş trayektoriyasını nizamlamaq üçün əlavə zaman əldə etmək mümkün olsun.

HSUA-nın qrup şəklində tətbiqi zamanı isə hədəfin koordinatlarını davamlı olaraq tənzimləmək üçün tuşlama bloklarının fərqli məsafələrdə ardıcıl ayrılması da mümkündür. Beləliklə, yeni məxfi inkişaflara giriş olmadan belə, plazmalı "qoza" probleminin həll oluna biləcəyini görmək mümkündür. 2019-2023-cü illərdə HSUA-nın istismara verilməsi üçün elan edilən tarixləri nəzərə alaraq güman etmək olar ki, problem artıq həll olunub.

HSUA daşıyıcıları, konvensional HSUA-lar və strateji nüvə qüvvələri

Daha əvvəl qeyd edildiyi kimi, düz axımlı hipersəs reaktiv mühərrikə malik HSUA daşıyıcıları, bütün üstünlükləri və mənfi cəhətləri ilə adi raketdaşıyan bombardmançılar ola bilər.

Hipersəs döyüş bloklarının daşınması və onun sürətlənməsi üçün zəruri olan yüksəkliyi təmin etmək üçün sərt yanacaqlı (əsasən ABŞ-da) və maye yanacaqlı (əsasən Rusiya Federasiyasında) qitələrarası və orta mənzilli raketlərdən istifadə nəzərdə tutulur.

HSUA-nın QABR və OMR-larda (Orta Mənzilli Raketlər) yerləşdirilməsi nüvə arsenalının mütənasib azalması ilə nəticələnəcəyi barədə fikirlər mövcuddur. Mövcud SNV-3 müqaviləsindən çıxılsa, bəli, lakin nüvə yüklərinin və onların daşıyıcılarının sayının azalması o qədər əhəmiyyətsizdir ki, ümumi çəkinmə səviyyəsinə heç bir təsir göstərməyəcək. Beynəlxalq müqavilələrin nə qədər tez dağıla biləcəyini nəzərə alsaq, SNV-3-ün davam edəcəyinə və ya SNV-4 şərti müqaviləsindəki icazə verilən nüvə yüklərinin və daşıyıcılarının sayının artırılmayacağına və strateji konvensional silahların ayrıca bir bənddə, xüsusilə Rusiya və ABŞ-ın bu mövzuda marağı varsa, yerləşdirilməyəcəyinə zəmanət yoxdur.

Eyni zamanda nüvə silahlarından fərqli olaraq, Strateji Konvensional Qüvvələrin bir hissəsi kimi adi HSUA-lardan lokal qarşıdurmalarda öz silahlı qüvvələrinə ən kiçik itki riski yaratmadan yüksək prioritetli hədəfləri və düşmən rəhbərlərini məhv etmək üçün istifadə etmək olar.

Digər bir etiraz isə QABR-ın tətbiqi ilə nüvə müharibəsinin başlanması riski ilə bağlıdır. Lakin bu məsələ də həll olunur. Məsələn, şərti SNV-4 müqaviləsinə görə döyüş başlığı olan daşıyıcılar, nüvə silahının olmayacağı xüsusi, qarşılıqlı nəzarət edilən start meydançalarında yerləşdirilə bilər.

Ən yaxşı seçim nüvə başlıqlarının nüvə avadanlıqlarına malik HSUA-da yerləşdirilməsindən tamamilə imtina etməkdən ibarət ola bilərdi. Geniş miqyaslı bir qarşıdurma vəziyyətində, "Sarmat" QABR-da həyata keçirilməsi mümkün olduğu kimi, çox sayda şərti döyüş başlığını, o cümlədən qismən orbital trayektoriyalı olanlardan istifadə etmək daha səmərəli ola bilərdi. Şərti SNV-4 müqaviləsində nüvə başlıqlarının icazə verilən sayını 2000-3000 ədədə qədər artırmaq nəzərdə tutula bilər, ABŞ-ın raket əleyhinə müdafiə sisteminin effektivliyinin kəskin artması halında isə bu müqavilədən çıxmaq və nüvə silahlarının arsenalını daha da artırmaq mümkündür. Belə vəziyyətdə strateji şərti silahlar barədə qeydlər "mötərizədən kənara da çıxarıla bilər".

15-30 ədəd "Avanqard" ilə bu qədər sayda nüvə başlığı qarşısında heç nə həll edilə bilməz. Eyni zamanda nüvə başlığı olan uçan aparatlar olmadıqda - onların uçuş trayektoriyasını nəzərə alsaq - heç kim konvensional HSUA-nı nüvə zərbəsi ilə qarışdırmaz, müvafiq olaraq onların istifadəsi barədə xəbərdarlıq etmək də lazım olmayacaq.

Təkrar istifadə edilə bilən HSUA

"Soyuz-5" raketinin baş dizayneri İqor Raduqin S7 "Space" kompaniyasına keçdikdə ondan, "Soyuz-5" raketinin layihələndirilən S7 "Spase" daşıyıcı vasitəsinin birdəfəlik istifadə olunub-olunmayacağını soruşduqda, o belə cavab verdi: "Birdəfəlik raket birdəfəlik təyyarə qədər səmərəlidir. Birdəfəlik daşıyıcı yaratmaq, yerində saymaq deyil, geri atılan addımdır".

"Yenidən istifadə edilə bilən raketlər: Sürətli Qlobal Zərbə üçün qənaətli bir həll" məqaləsində təkrar istifadə edilə bilən daşıyıcıların konvensional HSUA-ların çıxarılması üçün bir vasitə kimi istifadə etmək imkanları nəzərdən keçirildi. Belə bir qərarın lehinə daha bir neçə arqument əlavə etmək istərdim.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Tu-22M3 uzaq mənzilli bombardmançıları Suriyadakı İŞİD obyektlərinə hücum etmək üçün dörd gün ərzində 60 uçuş həyata keçiriblər. Bu barədə cümə günü aviaqrup komandiri Vladimir Alesenko bildirib: "Hədəflərin uçuş aerodromundan məsafəsi 2000 kilometrdən çoxdur, hər döyüş uçuşunun müddəti beş saatdan çoxdur".

Buna əsaslanaraq uzaqmənzilli aviasiya təyyarələrinin gündə iki uçuş keçirdiyini anlamaq asandır. Strateji raket daşıyan bombardmançılar üçün, 5000 km fəaliyyət radiusu (düz axımlı hipersəs reaktiv mühərrik ilə HSUA fəaliyyət radiusu təxminən 7000 km) gündəlik uçuşların sayını bir ədədə qədər azaldacaq.

Şəxsi aerokosmik şirkətlər bu rəqəmə - təkrar istifadə edilə bilən daşıyıcının gündə bir dəfə buraxılmasını təmin etməyə çalışırlar. Uçuş sayının artması hazırlıq və yanacaq doldurma prosedurlarını asanlaşdıracaq və avtomatlaşdıracaq. Əslində bunun üçün bütün texnologiyalar artıq mövcuddur, lakin indiyə qədər kosmosda uçuşların bu qədər intensivliyini tələb edən vəzifələr mövcud deyil.

Yuxarıda göstərilənlərə əsasən, təkrar istifadə edilə bilən daşıyıcı "geri dönən QABR" kimi qəbul edilməməlidir, lakin yüksəkliyə qalxma səbəbindən məhvetmə vasitələrinə (hipersəs döyüş başlıqlarına) təyyarənin fəaliyyət radiusundan əlavə uçuş məsafəsi əldə əldə etməyə imkan verən bir növ "şaquli bombardmançı" kimi , yəni raket daşıyan bombardmançı və hipersəs qanadlı raketlərin buraxılma vasitəsi kimi qəbul edilməlidir.

İndiyə qədər bu və ya digər şəkildə hərbi məqsədlər üçün istifadə edilməyən ciddi bir ixtiraya rast gəlinməyib, əgər HSUA-nın tələb etdiyi 100 km-ə qədər yüksəkliyi nəzərə alsaq, təkrar istifadə edilə bilən raket daşıyıcıları da eyni aqibətlə üzləşəcək.

Daşıyıcı vasitə yalnız geri dönən birinci pillədən ibarət olmağa, "Baykal" təkrar istifadə edilə bilən raket sürətləndiricisinə və ya Makeev adına Dövlət Raket Mərkəzinin "Korona" layihəsi əsasında "şaquli bombardmançı"nın yaradılmasına qədər sadələşdirilə bilər.

Konvensional HSUA daşıyıcısı "şaquli bombardmançı" belə görünə bilər

Xruniçev adına Dövlət Elmi-Texniki Mərkəzində və "Molniya" Elmi Tədqiqat Mərkəzində "Baykal" layihəsinin inkişafı ilk növbədə bütün azimutdan, yəni start meridianına nisbətdə istənilən bucaq altından buraxıla bilən, həm də start mövqeyinə qayıda bilən birpilləli raket blokunu yaratmaq məqsədini güdürdü. Təbii ki, bu tələbə əsasən, birpilləli çoxsaylı enmə komplekslərinin inşasının qarşısını almaq üçün, turboreaktiv mühərrikdən istifadə edərək geriyə qayıtmanı təmin edən blok üçün təyyarə sxemi seçildi. Qeyd etmək lazımdır ki, bu sinif daşıyıcı vasitəsinin təyinat məqsədi, eyni zamanda istənilən azimutda fəaliyyətə ehtiyac məsələsi ilkin mərhələdə müzakirə edilmirdi.

Konvensional HSUA-ların çıxarılması uyğundur?

Yenidən istifadə edilə bilən daşıyıcıların digər bir üstünlüyü, onların avadanlıqlarının yalnız qeyri-nüvə başlıqlarından ibarət olmasındadır. Başlanğıcda daşıyıcı raketin məşəlinin spektral təhlili və uçuş traektoriyasının xüsusiyyətləri, raket hücumundan xəbərdarlıq sisteminin kosmik elementinə malik ölkəyə zərbənin nüvə silahı ilə deyil, adi silahlarla həyata keçirildiyini müəyyən etməyə imkan verəcək.

HSUA təkrar istifadə edilə bilən qurğuları, prinsipcə fərqli olduqları üçün, həm vəzifə, həm də hədəflərə zərbə məsələsində adi raket daşıyan bombardmançılarla rəqabət etməməlidir. Bombardmançılar zərbənin yüksək sürətini, təsir qaçılmazlığını və daşıyıcının toxunulmazlığını HSUA kimi təmin edə bilməz. HSUA və onların daşıyıcılarının baha başa gəlməsi (hətta təkrar istifadə oluna bilən variantda) isə bombardmançıların təmin etdiyi intensivlikdə kütləvi hücum keçirməyə imkan verməyəcək.

Konvensional HSUA-ların tətbiqi

Konvensional HSUA-ların tətbiqi "Strateji Konvensional Qüvvələr" məqaləsində nəzərdən keçirilir.

Yalnız bir tətbiq ssenarisini əlavə etmək istəyirəm. Hipersəs başlığı düşmənin hava hücumundan müdafiə/raketdən müdafiə qüvvələrinə əlçatmaz olacaqsa, o zaman HSUA düşmən dövlətlərə qarşı siyasi təzyiq üçün təsirli vasitə kimi istifadə edilə bilər. Məsələn, ABŞ və ya NATO tərəfindən müəyyən arzuolunmaz fəaliyyətlər zamanı Plesetsk kosmodromundan Suriyadakı hədəflər üçün HSUA-nı Baltikyanı ölkələrin, Polşanın, Rumıniyanın və Türkiyənin ərazisi üzərindən keçirmək mümkündür. Onun qarşısını ala bilməyəcək potensial rəqibin müttəfiqlərinin əraziləri üzərindən uçuş, həmin ölkələrə yumruq kimi təsir edəcək və böyük dövlətlərin işlərinə müdaxilə mövzusunda tamamilə aydın bir işarə verəcək.

Suriyadakı hədəfə Plesetsk kosmodromundan konvensional HSUA tərəfindən vurulan şərti zərbənin təxmini marşrutu

Yazı Andrey Mitrofanovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hipersəs-döyüş-blokları   Layihələr   Rusiya   ABŞ   HSUA  

Hipersəs döyüş bloklarının planlaşdırılması: Layihələr və perspektivlər

2019/12/15669-1576065167.jpg
Oxunub: 2034     10:43     14 Dekabr 2019    