ASALA terrorçusu: “Biz Azərbaycanla müharibədəyik, Türkiyəni də unutmayaq”

2019/11/768-1574673318.jpg
Oxunub: 619     17:29     03 Dekabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Hayk Sarkisyan, sürətləndirilmiş prosedurla hərbi xidmət haqqında qanunun qəbul edilməsi barədə təklif edib.

Bu qanun layihəsi 27 yaşınadək olan Ermənistan vətəndaşlarının sürətləndirilmiş prosedurla hərbi xidmət keçməklə bağlı məsələlərini tənzimləyəcək.

Sürətləndirilmiş prosedurla hərbi xidmət keçən şəxsin Ermənistan büdcəsinə 10 milyon dram ödəməsi və 1 ay xüsusi sürətləndirilmiş hərbi xidmət keçməsi nəzərdə tutulur.

Bu 1 aylıq xidmət müddətində həmin vətəndaşın hərbi nizamnamələr və silahlara davranış onun istismarı qaydalarını mənimsəməsi konkret hərbi hissələrdən birində qeydiyyata alınması, hərbi and qəbul etməsi və səfərbərlik zamanı hərbi hissəyə müraciət etməsi öhdəliyini öz üzərinə götürür.

Erməni deputatın sözlərinə görə, qanun qəbul olunarsa, ordu zəifləməyəcək, əksinə xidmət etməyən vətəndaşlar 2 müqaviləli hərbçinin 2 illik maaşı həcmdə vəsait ödəyəcəklər.

“Bu, mənim xəyal etdiyim Ermənistandır, burada artıq məcburi hərbi xidmət olmayacaq”, - deyə Sarkisyan daha sonra jurnalistlərə söhbətində bildirib.

Jurnalistlər ASALA terror təşkilatının “Van” əməliyyatının rəhbəri Vazgen Sislyana Ermənistan ordusunda xidmətin məcbur olub-olmayacağı ilə bağlı sual ünvanlayıblar.

“Orduda məcburi xidmət etməmək böyük bir səhv olardı. Belə bir şəraitdə ordu tamamilə boşalacaqdır. Buna görə məcburi xidmətin yaxın 20-25 ildə qalacağını düşünürəm. Biz Azərbaycanla müharibədəyik, Türkiyəni də unutmayaq. Orduda xidmət etmək yalnız məcburi deyil, həm də daimi olmalıdır. Yəni evdə oturan vətəndaş da mövqelər barədə düşünməlidir. Hakimiyyət bu gün elə etməlidir ki, vətəndaş hər zaman müharibəyə hazır olsun. Köhnə hakimiyyət də 25 ildə demək olar ki, heç bir şey etmədi və bugünkü hakimiyyət, bilmirəm, bu cür layihələrlə yavaş-yavaş insanları özlərindən uzaqlaşdırırlar. Hər kəsdən absurd planlarla orduya toxunmamağı xahiş edirəm. Kimsə gecələr xəyal edir, səhər durur, bir layihə təqdim edir. 10 milyon dramın haradan, bir aylıq xidmətin haradan gəldiyini bilmirəm. Bir aya əsgəri məşq etdirməyin nə olduğunu təsəvvür edirlərmi? Bizim, əsgərə yoxsa pula ehtiyacımız var, gəlin bir bunu da başa düşək”, - deyə Sislyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ASALA   Ermənistan-ordusu  

ASALA terrorçusu: “Biz Azərbaycanla müharibədəyik, Türkiyəni də unutmayaq”

2019/11/768-1574673318.jpg
Oxunub: 622     17:29     03 Dekabr 2019    