“Məsələ başqa yollarla həll edilmədiyi üçün müharibə qaçılmazıldır” - Xramçixin

2019/12/01-26-1575374627.jpg
Oxunub: 817     17:00     03 Dekabr 2019    
“Hesab edirəm ki, müharibədən yayınmaq olmayacaq, çünki məsələ başqa yollarla həll edilmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Moskva Siyasi və Hərbi Təhlillər İnstitutunun direktor müavini, məşhur rus hərbi ekspert Aleksandr Xramçixin KTMT-nin mümkün yeni müharibənin qarşısını ala bilməsi məsələsinə toxunarkən deyib.

O bildirib ki, məsələ başqa yollarla həll edilmədiyi üçün müharibə qaçılmazıldır.

“Mən bu məsələ haqqında çox danışmışam. KTMT-nin bütün ölkələrindən yalnız Rusiya Ermənistana kömək edə bilər, lakin bu, Ermənistan ərazisinə hücum olarsa baş verə bilər”,- deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi Rusiya üçün problemlər yaradır.

“Digər ölkələrin bu münaqişə ilə əlaqəsi yoxdur. Bəli, Rusiya üçün bu münaqişə problemlər yaradır. Rusiya çox istəsə, bu konfliktdən kənarlaşdırıla bilər, lakin o, böyük ehtimalla bunu etməyəcək, çünki bu konflikt hətta onun üçün problemlər yaradır. Rusiyanın regionda necə siyasət apardığı məlumdur. O, həm Azərbaycanla, həm də Ermənistanla yaxşı əlaqələrə malikdir”,- deyə Xramçixin bildirib.

Xramçixinin sözlərinə görə, Rusiyanın hər iki tərəfə böyük təsiri var.

“Rusiya hər şey edə bilər, lakin ümumi mənada, bəli, Rusiyanın hər iki tərəf üzərində böyük təsiri var. Yəni, əgər Rusiya çox istəsə, onda ona qarşı getmək həm Ermənistan, həm də Azərbaycan üçün çətin olacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

“Məsələ başqa yollarla həll edilmədiyi üçün müharibə qaçılmazıldır” - Xramçixin

2019/12/01-26-1575374627.jpg
Oxunub: 818     17:00     03 Dekabr 2019    