Erməni deputat: “Kədərli faktdır, lakin orduda intihar hallarının sayında azalma yoxdur”

2019/03/34534-1553691197.jpg
Oxunub: 754     16:18     03 Dekabr 2019    
“Kədərli faktdır, lakin orduda intihar hallarının sayında azalma yoxdur. Rəqib gülləsindən daha çox qeyri-qanuni münasibətlərə görə silahlı qüvvələrdə hər il ölənimiz olur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Naira Zöhrabyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bundan sonra əsgəri təhqir edən və intihara təhrik edən 14 ilə qədər azadlıqdan məhrum ediləcək.

““Dedovşçina” və ordu alt mədəniyyətinin əsgəri alçaltması, təhqir etməsi nəticəsində hər il orduda 9-10 intihar olur. Təəssüf ki, 2019-cu ildə artıq 10 intihar olub. İntihara təhriketmə haqqında 110-cu maddə isə Cinayət Məcəlləsi ilə cəmi 3 il azadlıqdan məhrumetməni nəzərdə tutur. Bu, ədalətsizlikdir və həmkarlarımla birlikdə Cinayət Məcəlləsində dəyişiklik etməyi təklif etmişəm. Bundan sonra əsgəri təhqir edən, lağa qoyan, aşağılayan 6-12 il, hərbi vəziyyət və ya müharibə əməliyyatı zamanı isə 14 ilə qədər azadlıqdan məhrum ediləcək”, - deyə Zöhrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar  

Erməni deputat: “Kədərli faktdır, lakin orduda intihar hallarının sayında azalma yoxdur”

2019/03/34534-1553691197.jpg
Oxunub: 757     16:18     03 Dekabr 2019    