Qarabağda ölən erməni hərbi qulluqçu atəşkəsin pozulması nəticəsində ölüb?

2019/12/zinvo-1575374279.jpg
Oxunub: 376     09:55     03 Dekabr 2019    
Xəbər verdiyimiz kimi, dekabrın 2-də işğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən qanunsuz “hərbi birləşmə”nin döyüş mövqeyində hələki naməlum şəraitdə güllə yarası alaraq ölən müddətli hərbi qulluqçu Artur Acamyan Ermənistanın Armavir vilayətinin Artaşar (Fəthabad) kəndindən olub, bu günlərdə onun 21 yaşı tamam olmalı idi.

Artaşar icmasının rəhbəri Manvel Ohanyan bildirib ki, ilkin versiyaya görə gənc oğlan atəşkəsin pozulması nəticəsində ölüb. İcma rəhbərinin sözlərinə görə, ölmüş hərbi qulluqçunun atası və anası boşanıb, atası xarici ölkədə yaşayır və maddi cəhətdən hər zaman oğluna yardım edib.

Ohanyan qeyd edib ki, xidmət etdiyi doqquz ay ərzində heç bir narazıçılıq bildirməyib, hərbi hissədə hər hansı bir probleminin olması haqqında danışmayıb.

“Hər hansı fövqəladə bir şey olmayıb, xidməti normal axarda olub, bu gün Arturun doğum günüdür, babası tezdən saat doqquz radələrində nəvəsini təbrik etmək üçün bir 17 dəfə zəng edib, lakin alınmayıb”, - deyə icma rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Qarabağda ölən erməni hərbi qulluqçu atəşkəsin pozulması nəticəsində ölüb?

2019/12/zinvo-1575374279.jpg
Oxunub: 377     09:55     03 Dekabr 2019    