Erməni ictimai-siyasi xadim: “Paşinyanın İtaliyaya səfəri turistik xarakter daşıyırdı”

2019/12/123-1575373424.jpg
Oxunub: 448     10:47     04 Dekabr 2019    
“Ermənistan Respublikası Baş nazirinin İtaliya Respublikasına səfəri turistik xarakter daşıyırdı”.

Ordu.az xəbər verir ki, bunu “Bir Ermənistan” Partiyasının həmtəsisçisi Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Paşinyanın bu səfərində heç bir dövlətlərarası saziş imzalanmayıb.

“Yadınızdadırsa, 21 noyabrda “Bir Ermənistan” Partiyası adından, Ermənistan hökumətinə Baş nazirin İtaliyaya səfəri ilə bağlı bir neçə suala cavab verməyi xahiş edərək, sorğu göndərmişdik.

Noyabrın 27-də cavab aldıq ki, Ermənistan hökuməti qaldırılan suallara cavab vermək üçün əlavə 30 gün vaxt tələb edir, yəni cavabı dekabrın 27-də gözləmək olar.

Əslində hökumətimiz bu möhtərəm səfərin nəticələrinin nə olduğunu və bunun təşkilinə dövlət büdcəsindən nə qədər pul xərcləndiyini bilmir.

Qeyd etmək lazımdır ki, Baş nazirin İtaliya Respublikasına səfəri zamanı rəsmi görüşlərdən başqa heç bir dövlətlərarası saziş imzalanmayıb və ictimaiyyətə verilən məlumatlara görə heç bir nəzərə çarpan razılaşma əldə edilməyib.

Buna görə də bu rəsmi səfərin məlumat və turistik xarakter daşıdığını bəyan etmək üçün bütün əsaslarımız var, bu, tamamilə uğursuzluq sayıla bilər və bu səfərə dövlət büdcəsindən xərclənən vəsait məqsədsiz və boş sərfiyyat hesab etmək olar.

Səfərin maliyyə hissəsini aydınlaşdırmaq üçün bu turistik səfərin təşkili üçün vergi ödəyicisinin vəsaitlərindən nə qədər pul xərcləndiyini bilmək üçün hökümətə bu gün daha konkret bir sorğu təqdim edəcəyik”, - deyə Qazinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   İtaliya  

Erməni ictimai-siyasi xadim: “Paşinyanın İtaliyaya səfəri turistik xarakter daşıyırdı”

2019/12/123-1575373424.jpg
Oxunub: 451     10:47     04 Dekabr 2019    