Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri nəyi müzakirə edəcəklər?

2019/12/19256-1575373132.jpg
Oxunub: 481     15:37     03 Dekabr 2019    
“Qarabağ münaqişəsinin nizamlanması kontekstində gərginlik risklərinin azaldılmasına yönəlmiş mexanizmlər Ermənistan üçün vacibdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan iki gün sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla keçirəcəyi görüşdə hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı suala cavablandırarkən deyib.

Qeyd edək ki, dekabrın 4-də Bratislavada Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşünün keçiriləcək.

“Qarabağ münaqişəsinin müzakirəsi ilə əlaqədar bizim vahid paketimiz var. Buna həm münaqişənin faktiki həlli, həm də sülhə şərait yaradan mühitin yaradılması daxildir. Bunun bütövlükdə böyük əhəmiyyəti var”, - deyə Mnatsakanyan bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş ATƏT-in 26-cı nazirlər konfransı çərçivəsində keçiriləcək.

Həmçinin qeyd olunur ki, iki ölkənin diplomatları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə görüşəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XİN   Qarabağ  

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri nəyi müzakirə edəcəklər?

2019/12/19256-1575373132.jpg
Oxunub: 482     15:37     03 Dekabr 2019    