Meyitxana yaxınlığında gərgin vəziyyət - Ölmüş erməni əsgərin yaxınları tələb təqdim edirlər

2019/12/08983-1575377953.jpg
Oxunub: 981     15:33     03 Dekabr 2019    
Məlum olduğu kimi, dünən saat 06:50 radələrində, işğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqeyində hələki naməlum şəraitdə 1998-ci il təvəllüdlü hərbi qulluqçu Artur İşxan Acamyan ölüb, onun xidmət yoldaşı 1999-cu il təvəllüdlü hərbi qulluqçu Davit Harutyun Melikbekyan isə yaralanıb.

Ordu.az erməni KİV-lərinə istiandən xəbər verir ki, ölmüş erməni hərbi qulluqçu Artur Acamyanın yaxınları və həmkəndliləri hazırda məhkəmə tibbi araşdırma mərkəzindədir.

KİV-lərə açıqlamasında Artur Acamyanın yaxınları bildiriblər ki, videoyazı ilə təmin olunmayınca, meyitin yarılması işlərinə icazə verməyəcəklər.

"Əslində nə baş verdiyini, əsgərimizin nə üçün öldürüldüyünü öyrənməyincə buradan bir addım uzaqlaşmayacağıq. Biz hər gün onunla danışmışıq, heç vaxt xidmətdən narazıçılıq etməyib. Dünən də onun doğum günü idi", - deyə ölmüş əsgərin bibisi Elianora Acamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz   Ölüm  

Meyitxana yaxınlığında gərgin vəziyyət - Ölmüş erməni əsgərin yaxınları tələb təqdim edirlər

2019/12/08983-1575377953.jpg
Oxunub: 982     15:33     03 Dekabr 2019    