Abrahamyan erməni deputatların hazırladığı qanun layihəsini tənqid edib: “Peşəkar ordu belə qurulmur”

2019/12/Tigra-1575371480.jpg
Oxunub: 676     19:10     03 Dekabr 2019    
Ötən həftə Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Hayk Sarkisyanın sürətləndirilmiş hərbi xidmət haqqında qanun layihəsi erməni mətbuatında müzakirələrə səbəb olub.

Layihəyə görə, sürətləndirilmiş prosedurdan keçən bir vətəndaş Ermənistan dövlət büdcəsinə 10 milyon dram ödəməli, bir ay xüsusi sürətlənmiş prosedur keçməlidir və Silahlı Qüvvələrdə xidmət qaydalarını və müəyyən silahlardan istifadə qaydalarını öyrənməlidir.

Ümumiyyətlə hərbi xidmət və çağırış statusu haqqında qanun layihələrinin qeyri-peşəkar şəxslər tərəfindən hazırlanmasında hansı risklər ola bilər?

İşğal altında olan Qarabağdakı qondarma qurum “rəhbərinin müşaviri” Tiqran Abrahamyan bildirib ki, bu, ciddi peşəkar təcrübə tələb edən bir prosesdir və heç bir ciddi problem parçalanmış addımlarla həll edilə bilməz.

O qeyd edib ki, müqaviləli xidmətin inkişaf etdirilməsi və Silahlı Qüvvələrdə onların sayının artırılması ilə yanaşı demoqrafik vəziyyət də bölgələr və rayonlar üzrə hərtərəfli təhlil olunmalı və qiymətləndirilməlidir.

“Axı, cəmiyyətimizin neçə faizinin peşəkar hərbçi olmağa hazır və ya hazır olmaq istəyi barədə bir araşdırma varmı, yaxud fərqli bir maliyyə təklifi olduğu təqdirdə bir araşdırma aparılıbmı? Silahlı Qüvvələrə insanları dəvət etməklə peşəkar bir ordu qurmurlar. Peşəkar bir hərbiyə sahib olmaq və vəzifələri ən yüksək səviyyədə yerinə yetirmək üçün insan resursuna çox sərmayə lazımdır”, - deyə Abrahamyan qeyd edib.

O, həmçinin bildirib ki, Ermənistanda informasiya təhlükəsizliyi ilə bağlı ciddi boşluqlar mövcuddur.

Abrahamyan dekabrın 4-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə görüşü barədə qeyd edib ki, nəticələri ilə bağlı çox nikbin deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Abrahamyan erməni deputatların hazırladığı qanun layihəsini tənqid edib: “Peşəkar ordu belə qurulmur”

2019/12/Tigra-1575371480.jpg
Oxunub: 677     19:10     03 Dekabr 2019    