Ermənsitan Hərbi Prokurorluğu hərbi xidmətini başa vurmamış şəxslərə xəbərdarlıq edib

2018/06/435345_1521006388_1529490490.jpg
Oxunub: 534     14:52     03 Dekabr 2019    
“31 dekabr 2019-cu ildən sonra məcburi hərbi xidmətdən yayınma səbəbi ilə cinayət məsuliyyətinə cəlb edilə bilən vətəndaşlar qanuna və qaydaya uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə cinayət məsuliyyətindən azad edilərək, həbs edilmə təhlükəsindən azad edilməsi məqsədilə nəzərdə tutulan qüvvədə olan qanunvericilik tətbiq olunmayacaq”.

Ordu.az xəbər verir ki, bu, Ermənistan Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Əvvəllər qanuna uyğun olaraq “Təyin edilmiş qaydalara uyğun məcburi hərbi xidmət etməyən vətəndaşlar haqqında” qanuna əsasən, məcburi hərbi xidmətə getməmiş insanların bəzi qruplarına qanunla müəyyən edilmiş miqdarda və qaydada dövlət büdcəsinə pul ödəməyə və hərbi xidmətə görə məsuliyyət daşımamağa icazə verilirdi.

Ermənistan parlamenti mütəmadi olaraq qanunun müddətini uzadırdı. Bu məqsədlə son qanunvericilik dəyişikliyi 6 mart 2019-cu ildə qəbul edilib. Qanun 1 mart 2019-cu ilədək 27 (ehtiyat zabitləri - 35) yaşı tamam olanlara şamil edilib. Qanunun həmin şəxslərə şamil olunma müddəti isə 31 dekabr 2019 tarixinədək təyin edilib.

Sözügedən qanunun 31 dekabr 2019-cu il tarixinədək qüvvədə olduğunu və qanunun müddətinin uzadılmasına dair yeni qanun layihəsi qəbul edilmədiyini nəzərə alsaq, yuxarıda göstərilən prosedur həmin müddət başa çatdıqdan sonra tətbiq olunmayacaq və məcburi hərbi xidməti müəyyən olunmuş qaydada pozaraq hərbi xidmətini başa vurmamış şəxslər cinayət məsuliyyətindən azad edilə bilməyəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-prokurorluq  

Ermənsitan Hərbi Prokurorluğu hərbi xidmətini başa vurmamış şəxslərə xəbərdarlıq edib

2018/06/435345_1521006388_1529490490.jpg
Oxunub: 535     14:52     03 Dekabr 2019    