Kanada müdafiə xərclərini NATO standartlarına qaldırmaq niyyətində deyil

2019/12/Canad-1575365289.jpg
Oxunub: 499     13:16     03 Dekabr 2019    
Soyuq Müharibədən sonra gərginlik azaldıqca NATO ölkələri müdafiə sahəsinə ayrılan xərcləri azaltdı. Ancaq 2014-cü ildən etibarən Alyansın üzvləri 2024-cü ilə qədər ümumi daxili məhsullarının 2 faizini müdafiə üçün xərcləməyə razılıq verib.

2% bəlkə də çox az görünə bilər, amma bu faizin dəyəri iqtisadiyyatların necə olmasından asılı olaraq dəyişir. Üstəlik, ölkələr müdafiə büdcələrini fərqli hesablayır, məsələn bəziləri - veteranlar, pensiyalarının bu xərclərə daxil olmasını istəyirlər.

Ancaq cümə günü açıqlanan statistikada Kanadanın 2019-cu ildə ÜDM-sinin 1,31 faizini müdafiəyə xərclədiyi ortaya çıxıb.

NATO-nun sadəcə 9 üzvü - ABŞ, Bolqarıstan, Yunanıstan, Birləşmiş Krallıq, Estoniya, Rumıniya, Litva, Latviya və Polşa - hazırda 2 % standartlarına cavab verir. Alyansın üzvlərindən Lüksemburq müdafiə xərclərinə ən az maliyyə ayıran ölkədir. Almaniyada bu rəqəm 1.35%, İspaniya və Belçika 1%-dən də aşağıdır.

Qeyd edək ki, NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməməsi ABŞ prezidenti tərəfindən bir neçə dəfə tənqid olunub.

Hərbi blokun qurulmasının 70 illiyi münasibətilə keçirilən zirvə görüşündə mövzunun gündəmə gəlməsi gözlənilir.

Proqnozlara görə, Kanada 2025-ci ilə qədər müdafiə xərclərini ÜDM-nin təxminən sadəcə 1.4 faiz səviyyəsinə qaldıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kanada   NATO  

Kanada müdafiə xərclərini NATO standartlarına qaldırmaq niyyətində deyil

2019/12/Canad-1575365289.jpg
Oxunub: 502     13:16     03 Dekabr 2019    