Hindistan HDQ şübhəli Çin gəmisini ərazidən uzaqlaşmağa məcbur edib

2019/04/frenc-1556268200.jpg
Oxunub: 496     14:17     03 Dekabr 2019    
Hindistan Hərbi Dəniz Qüvvələri Hind okenaında Port Blair yaxınlığında şübhəli bir Çin gəmisini ərazidən uzaqlaşmağa məcbur edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çinin “Shi Yan 1” tədqiqat gəmisi Hind okeanının Andaman və Nikobar adalarında tədqiqat işləri apardığı zaman dəniz patrul təyyarələri tərəfindən aşkarlanıb.

Qeyd olunur ki, gəmi aşkar edildikdən və Hindistanın Eksklüziv İqtisadi Bölgəsində tədqiqat işləri apardığı bilindikdən sonra, Hindistan Dəniz Qüvvələrinə məxsus bir döyüş gəmisi Çin gəmisinə nəzarət etmək üçün ona tərəf yollanıb.

Qanunlar xarici ölkələrin Hindistana məxsus sularda hər hansı bir tədqiqat və kəşfiyyat fəaliyyəti həyata keçirməsinə icazə vermədiyi üçün Hindistan Dəniz Qüvvələrinin hərbi gəmisi Çin tədqiqat gəmisinin Hindistan sularından çıxmasını tələb edib.

Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdar edildikdən sonra “Shi Yan 1” gəmisi Hindistan sularını tərk edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Çin   HDQ  

Hindistan HDQ şübhəli Çin gəmisini ərazidən uzaqlaşmağa məcbur edib

2019/04/frenc-1556268200.jpg
Oxunub: 499     14:17     03 Dekabr 2019    