Ermənistanda Qriboyedovun heykəli üzərinə boya tökülüb - ƏTRAFLI

2019/12/21291-1575360371.jpg
Oxunub: 691     12:05     03 Dekabr 2019    
Ermənistan “Tseqakron” partiyasının sədri Şant Harutyunyanın oğlu Şahen Harutyunyan rus dramaturq, şair Aleksandr Qriboyedovun İrəvanda yerləşən heykəli üzərinə boya töküb.

Ordu.az xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.

Harutyunyan bunu Njednin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq etdiyini bildirib.

“Diqqət. Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq az əvvəl Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun heykəlini qırmızıya boyamışam. Təfərrüatlar az sonra calı yayımda”, - deyə o yazıb.

Ermənistan polisinin iformasiya idarəsinin rəis müavini Edqar Canoyan məsələ ilə bağlı açıqlama verib ki, bu “Facebook” qeydi ilə bağlı materiallar polis bölməsində araşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Qriboyedov   Vandalizm  

Ermənistanda Qriboyedovun heykəli üzərinə boya tökülüb - ƏTRAFLI

2019/12/21291-1575360371.jpg
Oxunub: 694     12:05     03 Dekabr 2019    