Azərbaycan və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə edirlər

2019/12/34534-1575359307.jpg
Oxunub: 442     11:46     03 Dekabr 2019    
Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

Ordu.az xəbər verir ki, danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.

E.Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb. Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə edirlər.

E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də nəzərdən keçirirlər.

XİN başçılarının təkbətək danışıqları yekunlaşdıqdan sonra geniştərkibli görüş keçiriləcək.

Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün S.Lavrovu qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya   XİN   Qarabağ  

Azərbaycan və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə edirlər

2019/12/34534-1575359307.jpg
Oxunub: 445     11:46     03 Dekabr 2019    