"NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir" - Ərdoğan

2019/11/12360-1573027769.jpg
Oxunub: 388     11:32     03 Dekabr 2019    
“NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Londona yola düşərkən hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun yenilənməyə ehtiyacı var. 2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik”, - Türkiyə prezidenti deyib.

Onun sözlərinə görə, NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir: “Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər, Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədə israrlı olduqlarını NATO-nun ən yüksək səviyyəsində ifadə edəcəklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərdoğan   NATO  

"NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir" - Ərdoğan

2019/11/12360-1573027769.jpg
Oxunub: 391     11:32     03 Dekabr 2019    