Bağanis Ayrım həqiqətləri: Ocaqda yandırılanların ən kiçiyi iki aylıq körpə olub – I YAZI

2019/12/7-1575357691.jpg
Oxunub: 9082     15:14     04 Dekabr 2019    
Silsilə olaraq nəzərdə tutulan bu yazıda 29 il əvvəl Qazax rayonunun Bağanis Ayrım kəndində vəhşicəsinə törədilən, bəşəriyyətə sığmayan qətliamdan danışacağıq. Ermənilərin dəfələrlə bu kənddə törətdiyi bir çox hadisələr və bu hadisələrin qurbanları haqqında, soyqırım qurbanlarının başına gələnləri onların yaşayan yadigarlarından öyrənib sizlərə nəql edəcəyik. Bağanis Ayrım həqiqətləri haqqında silsilə yazıları həm də foto və videofaktlarla işıqlandırmağa çalışacağıq. Beləliklə, bu kənd haqqında şahidlərin, fotogörüntülərin, video lentlərin yaddaşından süzülən faktlara söykənərək Bağanıs Ayrım qətliamı haqqında oxuculara ətraflı məlumat verəcəyik.

Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin qurbanlarından biri və birincilərindən olan Qazaxın işğalda olan 7 kəndindən biri, Bağanis Ayrım kəndidir. Düşmənin hələ 1988-ci ildən mütəmadi olaraq törətməyə başladığı təxirbatlar Bağanis Ayrımı da gözləyirdi. Xüsusi strateji əhəmiyyətə malik Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət edə bilməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib.

Tarix boyu Azərbaycana qarşı torpaq iddiası irəli sürən və “böyük Ermənistan” xülyası ilə yaşayan düşmənlərimiz 1990-cı ildə martın 23-dən 24-nə keçən gecə böyük bir qüvvə ilə - zirehli texnika və tanklarlarla kəndə daxil olurlar. Əliyalın kənd sakinləri təpədən-dırnağadək silahlanan erməni hərbçilərindən canlarını qurtarmaq üçün qonşu kəndlərə və meşələrə üz tuturlar. Evləri talayan ermənilər sonra onlara od vurur, qaçan insanları isə tutaraq oda atırlar. Yeddi nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qalaraq öldürülür. Onlar diri-diri ocağa atılaraq yandırılır. İki nəfər güllələnir. Ocaqda yandırılanların ən kiçiyi iki aylıq körpə, böyüyü isə 70 yaşında qoca olub. Bu faciə zamanı kənddə olan 100 evdən 17-si yandırılır, 11 ev qarət edilir.

Bu gün Quşçu Ayrım kəndinin yüksəkliklərindən müşahidə olunan Bağanis Ayrım kəndində düşmən silahlıları yurd yerlərini xarabalıqlara çevirib, qəbiristanlıqları viran ediblər. Ailələri bütövlükdə yandıran, dinc əhaliyə rəhm etməyən ermənilərin bu kənddə törətdiklərini adi sözlərlə ifadə etmək çox çətindir. Bir sözlə, hər fəsildə öz gözəllikləri ilə göz oxşayan Bağanis Ayrım indi xarabalığa çevrilib. Əslində, erməni silahlılarının törətdiyi bu faciə soyqırım faktıdır. Təəssüf ki, bu barədə dünya ictimaiyyətinə o qədər də geniş və ətraflı məlumat çatdırılmayıb.

Bəşəriyyət çox müharibələrə şahidlik edib... Lakin heç birində dinc sakinlərə qarşı bu cür amansız qətliam, işgəncələrlə ölüm tətbiq edilməyib. Bu cür vəhşiliyin cəzasını almayan erməni vandalları qan donduran hadisədən sonra Qazaxın Xeyrimli, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal etdilər. Bu gün Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bağanis-Ayrım   Qətliam   Soyqırım   Erməni-vəhşiliyi  

Bağanis Ayrım həqiqətləri: Ocaqda yandırılanların ən kiçiyi iki aylıq körpə olub – I YAZI

2019/12/7-1575357691.jpg
Oxunub: 9085     15:14     04 Dekabr 2019    