İlk azərbaycanlı hərbi təyyarəçinin xatirəsinə ucaldılan abidə - FOTOLAR

2019/12/19-12602850744.jpg
Oxunub: 975     11:40     03 Dekabr 2019    
Saz, söz, şair, yazıçı vətəni kimi tanınan Qazax rayonu dünya şöhrətli hərbçilər də yetişdirib. Bu gün artilleriya generalı, “top Allahı” adlandırılan Əli ağa Şıxlınski, hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə qafqazlı İbrahim ağa Vəkilov, bolşeviklərə qarşı ən böyük üsyana rəhbərlik edən Cavad bəy Şıxlınski, Serafino kimi tanınan İtaliyanın Milli Qəhrəmanı adını alan Tahir İsayev və digərləri məhz bu yerdə, bu torpaqda Qazaxda dünyaya göz açıb, burada böyüyüblər.

Adını fəxrlə çəkib, qürur duyduğumuz daha bir qazaxlı isə ilk azərbaycanlı hərbi təyyarəçi Poruçik Fərrux ağa Qayıbovdur. Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 2 oktyabr 1891-ci ildə Qazax qəzasının Qıraq salahlı indiki Aşağı Salahlı kəndində, hərbçi ailəsində anadan olub. Erkən yaşlarında atasını itirən Fərrux ağa, Əliağa Şıxlinskinin məsləhəti ilə 5 illik Tbilisi Kadet Korpusuna, 1910-cu ildə isə oranı bitirərək, Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olub. 1913-cü ildə podporuçik rütbəsi alan Fərrux ağa, 1-ci Qafqaz hərbi korpusu hərbi hava təyyarələrinin eskadronu (Qərb Cəbhəsi) 39-cu artilleriya briqadasında xidmətə başlayır və burada “İlya Muromets-16” ekipajına qəbul edilir. Birinci Dünya müharibəsi başlayanda isə Qərb cəbhəsində gedən hərbi əməliyyatlarda iştirak edir.

1916-cı ilin sentyabr ayının 12-də “İlya Muromets” hərbi təyyarəsinə yeni döyüş tapşırığı verilir - hazırda Belarus torpaqları olan Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı alır. 25 yaşlı həmyerlimiz üçün sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır. Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən “İlya Muromets” təyyarəsi, aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür.

Qüvvələr nisbəti fərqli olan döyüşü izləyən almanlar, təyyarəçimizin igidliyinə heyran qalır. Almanlar, düşmən də olsa, “İlya Muromets” təyyarəsinin heyətinin göstərdikləri şücaəti dəyərləndirərək onları öz əsgərləri kimi dəfn edir, hətta təyyarəçilərin məzarı başında yaylım atəşi də açılır. Poruçik Qayıbovun göstərdiyi qəhrəmanlıq 1916-cı ilin Çar Rusiyası mətbuatında, hətta alman qəzetlərində də geniş işıqlandırılıb.

Uzun müddət Fərrux ağa Qayıbovun qəhrəmanlıqları aşkara çıxarılmaqdan çox gizlədilməyə çalışılıb. Onun haqqında xatirələr yalnız xalqın yaddaşlarında qorunub saxlanılıb. Ötən əsrin 70-ci illərində Qazax-Tovuz bölgəsindən aviasiya marşalı Pavel Kutaxovun deputat seçilməsi, qəhrəman təyyarəçinin adının əbədiləşdirilməsinə şərait yaratdı. Seçicilərlə görüşlərin birində Fərrux ağa Qayıbovun da bu bölgədən olduğunu öyrənən Kutaxov, təyyarəçinin rayonda adının əbədiləşdirilməsi üçün işlər görəcəyinə söz verir və çox keçmir ki, Qazaxa təyyarə-heykəl abidəsi və postament üzərinə vurulacaq “İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə” sözləri yazılmış lövhəni göndərir. İllər keçdikdən sonra təyyarənin başına sözün əsl mənasında oyun açdılar.

Bu gün Qazaxın Gürcüstan tərəfindən girişində gələnləri məhz Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılan təyyarə abidəsi qarşılayır. Təyyarə sanki hər an uçuşa hazırmış kimi görünür. Abidənin yanında ilk təyyarəçimizin xatirə lövhəsi də yer alır. Bu gün bir çoxları həmin təyyarə maketini real döyüş təyyarəsi zənn edir. Çünki Poruçikin xatirəsi bu cür əbədiləşdirilməli idi.

Təyyarəçinin “Fəxri Qazaxlılar” parkında büstü də yer alır. Hər il anım günündə xatirəsi yad edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fərrux-Ağa-Qayıbov   Qazax   İlk-təyyarəçi  

İlk azərbaycanlı hərbi təyyarəçinin xatirəsinə ucaldılan abidə - FOTOLAR

2019/12/19-12602850744.jpg
Oxunub: 976     11:40     03 Dekabr 2019    