ABŞ Livana hərbi yardım olaraq 105 milyon dollar ayırılmasını bərpa edib

2019/12/5de58-1575351166.jpg
Oxunub: 316     11:12     03 Dekabr 2019    
ABŞ prezidenti administrasiyası təhlükəsizlik ehtiyacları üçün Livan hökumətinə 105 milyon dollar ayrılmasını bərpa etmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə bazar ertəsi “Reuters” agentliyi konqresmeninin köməkçisinə istinadən məlumat yayıb.

Hələ noyabrın 1-də agentliyin verdiyi məlumatda Ağ Evin Livana hərbi dəstək verilməsini dayandırdığını bildirib. Məlumatda qeyd olunurdu ki, Dövlət Departamenti bu qərarın qəbul edilməsinin səbəblərini göstərmədən Konqresə məlumat verib.

Məlumatlı mənbələrə görə, belə bir addım Livandakı etirazlar səbəbindən atıla bilərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Livan  

ABŞ Livana hərbi yardım olaraq 105 milyon dollar ayırılmasını bərpa edib

2019/12/5de58-1575351166.jpg
Oxunub: 319     11:12     03 Dekabr 2019    