Biləsuvarda şəhid ailələri ziyarət edilib - FOTOLAR

2019/12/15752-4725882177.jpg
Oxunub: 391     17:26     02 Dekabr 2019    
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, könüllü təşkilatlarının və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nə “Şəhidimiz” kampaniyası ilə start verilib. Kampaniya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə reallaşır.

Ordu.az xəbər verir ki, "Azərbaycan Könüllülük Həftəsi"nə qoşulan Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri "Şəhidimiz" kampaniyası çərçivəsində rayondakı Şəhidlər Xiyabanını ziyarət edib, şəhid soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və problemləri ilə maraqlanıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrinə layiqincə əməl edən biləsuvarlı gənclər şəhidlərimizə və onların ailə üzvlərinə daim həssas yanaşır, onları narahat edən məsələlərin həlli istiqamətində səmərəli fəaliyyət göstərirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Biləsuvar   Şəhid-ailələri  

Biləsuvarda şəhid ailələri ziyarət edilib - FOTOLAR

2019/12/15752-4725882177.jpg
Oxunub: 394     17:26     02 Dekabr 2019    