“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblər - FOTOLAR

2019/12/15752-11027057020.jpg
Oxunub: 333     13:45     02 Dekabr 2019    
“Şəhidimiz” adlı sosial kampaniyaya qoşulan könüllü gənclər Ağcabədi rayonunun Hindarx qəsəbəsi, Yuxarı Qiyaməddinli, Gələbədin, Avşar, Hacıbədəlli və Boyat kəndlərində şəhid ailələrini ziyarət ediblər.

Ordu.az xəbər verir ki, kampaniya Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində həyata keçirilir. "Könüllülük Həftəsi”nin ilk günü Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması, şəhid ailələrinə qayğı göstərilməsi məqsədini daşıyır.

Ağcabədi rayonunda baş tutan kampaniya çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin, “Regional İnkişaf” İctimai Birliyinin gənc könüllüləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabitləri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının məzarları üstünə tər qərənfillər qoyub, ruhlarına dualar oxuyaraq, hörmət və ehtiramlarını bildiriblər.

Sonra gənc könüllülər şəhid ailələrinə baş çəkiblər. Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Gənc könüllülər ailələrlə xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, "Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda, ümumilikdə, 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.

Bu çərçivədə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, “BİR” Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclər rayon və şəhər Şəhidlər xiyabanlarını ziyarət edib, şəhid soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, iki gün ərzində kampaniyaya 2 mindən artıq gənc qoşulub.

“Şəhidimiz” kampaniyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 1-də gənclərlə görüşü zamanı vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılıb. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

“Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək ölkə üzrə tədbirlərlə davam edəcək. Növbəti günlərdə “VətənimİZ” devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur. Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı qazanacaq.

https://azertag.az/files/galleryphoto/2019/3/1000x669/15752791583817384_1000x669.jpg

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ağcabədi   “Şəhidimiz”-kampaniyası  

“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblər - FOTOLAR

2019/12/15752-11027057020.jpg
Oxunub: 334     13:45     02 Dekabr 2019    