Ermənistan Türkiyə qarşısında Rusiyaya güvənmir

2019/12/wide_-1575283132.jpg
Oxunub: 702     17:47     02 Dekabr 2019    
“Nordic Monitor”un məqalə yazarı Abdullah Bozkurtun bir neçə gün bundan öncə türk Baş Qərargahının Ermənistana qarşı gizli hücumu barədə nəşr etdirdiyi yazı bəlkə də əvvəllər, Qarabağ müharibəsi illərində Davit Şahnazaryanın (1992-1995-ci illərdə fövqəladə və səlahiyyətli səfir, 1994-1995-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, 1991-1995-ci illərdə Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri və 1995-1999-cu illərdə Ermənistan parlamentinin deputatı) haqqında açıq şəkildə tez-tez danışdığı bir məlumatı xatırlamaq üçün bir fürsətdir.

Şayiələrə görə, 1992-ci ildə Türkiyənin Azərbaycana dəstək vermək üçün Ermənistana qarşı hərbi əməliyyat niyyəti olanda ABŞ-ın yüksək vəzifəli bir rəsmisi Ankaraya xəbərdarlıq edib ki, belə olacağı təqdirdə ruslarla işləri ola bilər.

“Bəs biz ruslarla razılığa gəlsək?”, - deyə Türkiyə sual verib.

“O halda bizimlə işiniz olacaq”, - deyə Vaşinqtondan cavab verilib.

Şahnazaryanın hakimiyyət dəyişikliyindən sonrakı siyasi mövqeyini nəzərə alaraq o, bu hekayəni danışır və ya danışacaq?

Məsələ burasındadır ki, hazırda erməni cəmiyyətində gizli Türkiyə planı ilə bağlı sızma 1992-ci il hekayəsi ilə faktiki olaraq təkzib olunan Ermənistan üçün Rusiyanın hərbi “əvəzolunmazlığı” halını növbəti dəfə canlandırıb.

“Əvəzolunmazlıq” məntiqi Ermənistanda praktik olaraq geosiyasi, regional hərbi-siyasi məsələlər, burada Ermənistanın yeri, rolu və subyektivlik haqqında dərin müzakirələr imkanını bloklayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Ermənistan Türkiyə qarşısında Rusiyaya güvənmir

2019/12/wide_-1575283132.jpg
Oxunub: 703     17:47     02 Dekabr 2019    