“Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir fövqəladə inkişaf gözlənilməməlidir” – EKSPERTLƏR

2019/05/56756-1556882290.jpg
Oxunub: 897     15:39     02 Dekabr 2019    
“Danışıqlar prosesində irəliləyiş olmayacaq. Cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində hər hansı güzəştlərlə silkələmək məqsədəuyğun olmayacaq, status-kvo dəyişməyəcək”.

Ordu.az xəbər verir ki, bunu “Exo Kavkaza” xidmətinin siyasi şərhçisi Vadim Dubnov bildirib.

Dubnov Azərbaycanda baş verən dəyişiklərə toxunub.

O bildirib ki, Azərbaycan hakimiyyəti islahatların yeni mərhələsinə keçib. Dubnovun sözlərinə görə, yeni sistemdə kifayət qədər gənc, praqmatik, müasir kadrlar rol oynayacaq və istifadə olunacaq.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi, KTMT və Azərbaycanın olduğu müddətcə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi hər zaman müzakirə olunacaq.

“Lakin bu, konkret addımları əvəzləyən müzakirədir”, - deyə Dubnov qeyd edib.

Dubnov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir fövqəladə inkişaf gözlənilməməlidir.

Rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov isə Azərbaycanın daxili-siyasi dəyişikliklə Rusiya-Azərbaycan əlaqələrinin yaxınlaşmasına, həmçinin Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü mövzusunun aktivləşməsinə səbəb olacağını istina etməyib.

“Mən Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü ümumiyyətlə istisna etmirəm, çünki Əliyev savadlı, təhsilli siyasi xadimdir. O, başa düşür ki, yaxın gələcəkdə SSRİ olmayacaq, Rusiya əvvəlki kimi bu ölkələrə nəzarət etməyə çalışmır. Yəni nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan suverenlik təhlükəsi ilə təhdid edilmir, buna görə də, bu, Azərbaycan tərəfindən müşahidə edilə bilər”,- deyə Tarasov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, Tarasov vurğulayıb ki, Ermənistanda baş verən daxili-siyasi inkişaflar zamanı İlham Əliyevin imkanı olub, lakin o, Dağlıq Qarabağ münaqişəsi zonasında radikal addımlara getməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Ermənistan  

“Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir fövqəladə inkişaf gözlənilməməlidir” – EKSPERTLƏR

2019/05/56756-1556882290.jpg
Oxunub: 900     15:39     02 Dekabr 2019    